Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Clopos

Satış meneceri

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Clopos proqram təminatının HoReCa sektorunda fəaliyyət göstərən müəssisələrə (restoran, kafe, hotel və digər iaşə obyektləri) satışını həyata keçirmək; Yeni potensial müştəriləri müəyyənləşdirmək, onlarla ilkin əlaqə yaratmaq və əməkdaşlıq imkanlarını araşdırmaq; Müştərilərin biznes ehtiyaclarını öyrənərək Clopos-un funksionallığını və təqdim etdiyi üstünlükləri izah etmək; Məhsulun təqdimatını (demo) keçirmək və müştərilərə uyğun həllər təklif etmək; Satış prosesini ilkin əlaqədən razılaşmanın əldə olunmasına qədər idarə etmək; Yeni müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək; Mövcud müştərilərlə işgüzar münasibətləri qorumaq və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək; Satış fəaliyyətinə dair hesabatlar hazırlamaq və CRM sistemində müvafiq məlumatları yeniləmək. Tələblər Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr üzrə olması üstünlükdür); Satış sahəsində təcrübə; B2B və SaaS satış təcrübəsi üstünlükdür; HoReCa sektorunu tanımaq və bu sahədə təcrübəyə malik olmaq əlavə üstünlükdür; Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun həllər təklif etmək bacarığı; Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli yanaşma; CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı; Komanda ilə işləmək və vaxtı düzgün idarə etmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.