Vakansiya haqqında
Əsas vəzifələr
Etika və komplayns üzrə effektiv proqram hazırlamaq və tətbiq etmək.
Etika və komplayns üzrə daxili nəzarət mexanizmləri hazırlamaq və onlara riayət edilməsinə nəzarət etmək.
Şirkət siyasətlərinin hazırlanmasında və onlara yenidən baxılmasında iştirak etmək.
Proseslərdə, təcrübələrdə və sənədlərdə zəif nöqtələri müəyyən etmək üçün komplayns auditlərinə təşəbbüs göstərmək.
Ehtiyac olduqda daxili və xarici auditorlarla, hüquq, daxili təhlükəsizlik və İnsan Resursları komandaları ilə əməkdaşlıq etmək.
Böhranların və komplayns pozuntularının idarə olunması üzrə planlar hazırlamaq.
Əməkdaşları biznes etikası qaydaları və bu sahədəki təcrübələr barədə maarifləndirmək və təlim keçmək.
Əməkdaşların hüquqi uyğunluqla bağlı sual və müraciətlərini cavablandırmaq.
Daxili standartları biznes məqsədləri ilə uyğunlaşdırmaq.
Etika və komplayns siyasətlərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək.
Birbaşa rəhbərin və idarə rəhbərliyinin verdiyi şifahi və yazılı tapşırıqları icra etmək.
İşləri müvafiq prosedur və təlimatlara uyğun həyata keçirmək.
Şirkət məlumatlarının məxfiliyini təmin etmək.
Cavabdeh olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
Mövcud sistemləri təkmilləşdirmək.
Tələblər
Ali təhsil.
Hüquq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə biliklər.
Sahə üzrə təcrübələr və peşəkar standartlarla tanışlıq.
Etika və komplayns sahəsində 2–5 il iş təcrübəsi.
Daxili nəzarət, risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə təcrübə.
Daxili və xarici müştərilərlə (üçüncü tərəflərlə) işləmək bacarığı.
MS Office proqramlarını yaxşı bilmək.
Azərbaycan və ingilis dillərini səlis bilmək. Rus dili biliyi üstünlükdür.
Əla ünsiyyət və komandada işləmək bacarığı.
Biznesi anlamaq və detallara diqqət yetirmək bacarığı.
Etik iş prinsiplərinə sadiqlik, təşəbbüskarlıq, həvəs və etibarlılıq.
Vaxtı idarə etmək, işi təşkil etmək və təzyiq altında keyfiyyətli nəticələr əldə etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
