Vakansiya haqqında
Əsas vəzifələr
Təhkim olunmuş ərazi üzrə iş proseslərinin təşkili və icrasına nəzarət etmək;
Müvafiq fəaliyyət istiqaməti üzrə gündəlik işlərin planlaşdırılmasını və koordinasiyasını təmin etmək;
Ərazi üzrə mütəmadi monitorinqlər həyata keçirmək və mövcud vəziyyəti qiymətləndirmək;
İş prosesində yaranan problemləri və uyğunsuzluqları müəyyən etmək, onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
Müvafiq struktur bölmələr və aidiyyəti şəxslərlə işgüzar əlaqələri koordinasiya etmək;
Görülmüş işlər, müşahidələr və nəticələr üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Tələblər
Bəy namizədlər;
Müvafiq sahə üzrə ali təhsil;
Minimum 2 il iş təcrübəsi;
Şəxsi avtomobilin olması mütləqdir;
MS Office proqramları, xüsusilə Excel üzrə işləmək bacarığı;
Xarici dil bilikləri üstünlükdür;
Məsuliyyətlilik, operativlik və müstəqil işləmək qabiliyyəti;
Əməkhaqqı: 1000–1200 AZN (namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
