Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SOCAR Upstream MI LLC

Qazma üzrə mühəndis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Texniki və əməliyyat risklərini müəyyənləşdirmək, qiymətləndirmək və minimuma endirilməsi üzrə tədbirlər hazırlamaq Təhlükəsizlik tələblərinə, şirkət prosedurlarına və müvafiq sənaye standartlarına uyğun mühəndislik həllərinin hazırlanmasına dəstək vermək Geoloji şərait, quyu məqsədləri və əməliyyat məhdudiyyətlərini nəzərə alaraq quyu qazma proqramlarının və detallı mühəndislik dizaynlarının hazırlanmasında iştirak etmək Kəmər dizaynı, sementləmə və maili qazma daxil olmaqla, quyu planına texniki dəstək vermək Qazma qurğusunun və avadanlıqların texniki göstəricilərini qiymətləndirmək, planlaşdırılan əməliyyatlara uyğunluğunu yoxlamaq Xidmət şirkətlərinin texniki təkliflərini nəzərdən keçirmək, tələb olunan texniki məlumatları hazırlamaq və uyğun həllərin seçilməsinə dəstək vermək Yeni texnologiya və optimallaşdırma imkanlarını araşdırmaq, texniki və iqtisadi əsaslandırılmış təkliflər hazırlamaq Quyu proqramı, əməliyyat prosedurları, risk qiymətləndirmələri və digər tələb olunan texniki sənədlərin vaxtında hazırlanmasına dəstək vermək Gündəlik əməliyyat görüşlərində iştirak etmək, faktiki icranı quyu proqramı və planla müqayisə etmək, mümkün sapmaları vaxtında müəyyənləşdirmək Təsdiq edilmiş proqramdan kənarlaşmalar zamanı MOC prosesinə uyğun texniki əsaslandırma və sənədləşdirmənin hazırlanmasına dəstək vermək Qeyri-məhsuldar vaxtın (NPT/QMV) azaldılması, qazma performansının yaxşılaşdırılması və quyu xərclərinin optimallaşdırılması üzrə analiz və təkliflər hazırlamaq Qazma parametrlərini və performans göstəricilərini təhlil etmək, plan–fakt müqayisələri aparmaq və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək Texniki problemlərin və hadisələrin araşdırılmasında, Root Cause Analysis (RCA) və Lessons Learned (LL) proseslərində iştirak etmək Tender və iş həcmi sənədlərinin texniki hissələrinin hazırlanmasına və texniki təkliflərin qiymətləndirilməsinə dəstək vermək Quyunun tamamlanmasından sonra End of Well Report və öyrənilmiş dərslərin hazırlanmasına töhfə vermək Tələblər Neft-qaz mühəndisliyi, mexanika mühəndisliyi və ya digər müvafiq ixtisas sahəsi üzrə ali təhsil Qazma mühəndisliyi və sahə əməliyyatlarında 3 il təcrübə Quyuların idarə olunması, qazma məhlulları, istiqamətli qazma, Bit/BHA dizaynı, sementləmə və bərpaedici əməliyyatlar sahəsində praktiki bilik Sənaye standartlarına uyğun proqram təminatlarında (Compass, WellPlan, WellView və s.) təcrübə Beynəlxalq sertifikatlı quyu nəzarəti sənədi – IWCF və ya IADC WellSharp Qazma layihələri ilə bağlı riskləri müəyyən etmək və onların qarşısını almaq bacarığı Texniki problemlərə operativ və səmərəli həll yolları tapmaq qabiliyyəti

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.