Vakansiya haqqında
Əsas vəzifələr
Xidmət istifadəçilərinə və onların yaxınlarına fərdi psixoterapiya və psixoloji konsultasiya (stasionar və ambulator) xidmətinin göstərilməsi
Reabilitasiya kartlarında ev şəraiti, təhsil və psixi halın qiymətləndirilməsi bölmələrinin doldurulması;
Xidmət istifadəçilərində daha çox rast gəlinən qorxu və təşviş, depressiya, özgüvən, aslılıq, diqqət və davranış problemləri üzrə seanslarda korreksiya işinin aparılması;
Əldə olunan nəticə və dəyişikliklərin qeydə alınması;
Sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətlə rəsmiləşdirilməsinin təmin edilməsi;
Autizm spektri pozuntusu, Daun sindromu və digər inkişaf pozuntuları olan xidmət istifadəçilərinin sosiallaşması və cəmiyyətə uyğunlaşması üçün psixoloji korreksiya işinin aparılması;
Valideynlərlə (qanuni nümayəndələrlə) maarifləndirmə və məlumatlandırma məqsədli görüşlərin keçirilməsi, onların psixoloji durumunun müəyyən edilməsi;
Xidmət istifadəçiləri ilə onlayn görüşlərin təşkil edilməsi, özgüvən və motivasiyanın artırılması, sosiallaşma, münasibət qurma və fikir-düşüncələrini sərbəst ifadə etmə bacarıqlarının inkişaf etdirilməsi;
Səyyar xidmətin evdə təşkil edilməsi, ilkin qiymətləndirmənin və seansların aparılması;
Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi;
Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsi;
İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi; Nazirliyin və Agentliyin Daxili intizam qaydaları və Etik davranış qaydalarına riayət edilməsi.
Tələblər
Ali təhsil-Bakalavriat
Müvafiq sahədə tələb olunan minimum əmək stajı(il):1 il
İngilis dili - Orta
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
