Vakansiya haqqında
Əsas vəzifələr
Vakansiyanın aid olduğu struktur vahid:Xaçmaz Reabilitasiya Mərkəzi/Tibbi və sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsi
Xidmət istifadəçilərinə və onların yaxınlarına fərdi psixoterapiya və psixoloji konsultasiya (stasionar və ambulator) xidmətinin göstərilməsi
Reabilitasiya kartlarında ev şəraiti, təhsil və psixi halın qiymətləndirilməsi bölmələrinin doldurulması;
Xidmət istifadəçilərində daha çox rast gəlinən qorxu və təşviş, depressiya, özgüvən, aslılıq, diqqət və davranış problemləri üzrə seanslarda korreksiya işinin aparılması;
Əldə olunan nəticə və dəyişikliklərin qeydə alınması;
Sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətlə rəsmiləşdirilməsinin təmin edilməsi;
Autizm spektri pozuntusu, Daun sindromu və digər inkişaf pozuntuları olan xidmət istifadəçilərinin sosiallaşması və cəmiyyətə uyğunlaşması üçün psixoloji korreksiya işinin aparılması;
Valideynlərlə (qanuni nümayəndələrlə) maarifləndirmə və məlumatlandırma məqsədli görüşlərin keçirilməsi, onların psixoloji durumunun müəyyən edilməsi;
Xidmət istifadəçiləri ilə onlayn görüşlərin təşkil edilməsi, özgüvən və motivasiyanın artırılması, sosiallaşma, münasibət qurma və fikir-düşüncələrini sərbəst ifadə etmə bacarıqlarının inkişaf etdirilməsi;
Səyyar xidmətin evdə təşkil edilməsi, ilkin qiymətləndirmənin və seansların aparılması;
Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi;
Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsi;
İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi;
Nazirliyin və Agentliyin Daxili intizam qaydaları və Etik davranış qaydalarına riayət edilməsi.
Tələblər
Ali təhsil-Bakalavriat
Müvafiq sahədə tələb olunan minimum əmək stajı(il): 1 il
İş rejimi:6 günlük
İşin başlama və bitmə saatları:09:00 - 17:00
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
