Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Qarabağ Universiteti

Enerji idarəçisi (meneceri)

XankəndiMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq; Binalarda enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq; Enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək; Enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək; Enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək; Enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək; Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı işçi heyətinin təlimi üçün tədbirlər görmək; Bərpa olunan enerji mənbələrinin tətbiqi imkanlarını araşdırmaq və inkişaf etdirmək; Enerji menecment sisteminin yaradılmasını təşkil etmək; Texniki və praktiki tövsiyələr vermək. Tələblər Energetika və texniki sahələrdə ali təhsil; Müvafiq ixtisas üzrə azı 3 (üç) il iş təcrübəsi; Müvafiq attestasiyadan keçmək. CV (azərbaycan dilində); Ali təhsili təsdiq edən sənədlərin surəti;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.