Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Uninet MMC

İmtinaların idarəedilməsi üzrə sahə mütəxəssisi (Gəncə, Tovuz)

Gəncə, TovuzMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Jira sisteminə daxil olan imtina sorğularını gündəlik yoxlamaq, ərazilər üzrə çeşidləmək və təhlil etmək. Sorğuların həlli məqsədilə aidiyyəti şöbələrlə əməkdaşlıq etmək və imtina etmiş abunəçilərlə əlaqə saxlamaq. Abunəçilərdən router və IPTV avadanlıqlarını təhvil almaq, təhvil-təslim aktlarını tərtib etmək. Təhvil alınan avadanlıqların texniki vəziyyətini vizual olaraq yoxlamaq və elektrik şəbəkəsinə qoşaraq işləkliyini müəyyənləşdirmək. Jira sistemindəki sorğuları tam həll olunana qədər izləmək, görülmüş tədbirlər və nəticələr barədə qeydlər aparmaq. İcra olunmuş sorğuları müəyyən edilmiş müddətlərdə və daxili prosedurlara uyğun olaraq bağlamaq. Tarif dəyişikliyi ilə əlaqədar avadanlıqlarını şirkətə təhvil vermiş abunəçilərə aid sorğuların icrasını sürətləndirmək və izləmək. Avadanlıqların uçotunu aparmaq, aylıq hesabatları hazırlamaq və tələb olunan qaydada təqdim etmək. Ay ərzində abunəçilərdən təhvil alınmış router və TVIP avadanlıqlarını müəyyən edilmiş müddətdə anbara təhvil vermək. İş prosesində aşkar edilən problemlər barədə aidiyyəti şəxsləri vaxtında məlumatlandırmaq. Rəhbərlik tərəfindən verilən tapşırıqları və digər vəzifə öhdəliklərini şirkətdaxili prosedur, siyasət və təlimatlara uyğun icra etmək. Müştəri məmnuniyyətinin artırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və iş prosesindəki çatışmazlıqların aradan qaldırılmasına töhfə vermək. Tekila və Huawei Billing sistemləri üzrə biliklər; Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook) və CorelDRAW ilə işləmək bacarığı; Şirkətin strategiyasını və biznes modelini anlamaq bacarığı; Müştəriyönümlü yanaşma və xidmət keyfiyyətinə diqqət; Tələblər Tekila və Huawei Billing sistemləri üzrə biliklər. Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint və Outlook) və CorelDRAW proqramında işləmək bacarığı. Müştəriyönümlü yanaşma və xidmət keyfiyyətinə diqqət yetirmək bacarığı. Şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcəkdir. Məsuliyyətlilik Müştəriyönümlülük Keyfiyyətə yönümlülük Komanda işi və əməkdaşlıq Operativlik və dəqiqlik

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.