Vakansiya haqqında
Əsas vəzifələr
Qazanxana sistemlərinin, köməkçi mexanizmlərin (nasoslar, mühərriklər, soyutma avadanlıqları və s.) düzgün istismarını, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək, tələb olunduqda onları işə salmaq və ya dayandırmaq.
Buxar təzyiqini, suyun səviyyəsini, qızdırıcı sistemlərə verilən suyun temperaturunu, manometrləri, qoruyucu klapanları və avtomatik cihazları davamlı izləmək, normativlərə uyğunluğunu saxlamaq.
Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək və dərhal aidiyyəti şəxslərə məlumat vermək.
Avadanlıqların iş rejiminə dair texniki göstəricilərinin qeydiyyatını aparmaq, sahə üzrə normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müvafiq jurnalları və sənədləşməni tərtib etmək.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə üzrə normalara, eləcə də daxili nizam-intizam normalarına riayət etmək.
Tələblər
Təhsil: Orta texniki təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən yuxarı
Yaş həddi: 20-45 yaş aralığında
Sertifikat: Qazanxanaçı sertifikatı
Yüksək texniki biliklər
İş yeri: Bakı şəhəri, Yasamal Rayonu
İş rejimi: növbəli (yalnız gecə növbəsi)
Əmək haqqı: 562 Azn Gross
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
