Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PAŞA Sığorta

Agile Coach

AzərbaycanMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Əldə olunan təcrübə, yeni yanaşmalar, alətlər və metodologiyalar əsasında işlərin icrası proseslərinin təkmilləşdirilməsini təmin etmək; Agile çərçivəsində keçirilən görüş və tədbirlərin (Daily Standup, Sprint Planning, Retrospective, Backlog Refinement və s.) təşkilinə rəhbərlik etmək və onların effektiv keçirilməsinə dəstək göstərmək; Komandalara Agile üzrə qabaqcıl təcrübələrin tətbiqində mentorluq etmək və onların Agile yanaşmaları üzrə yetkinlik səviyyəsinin artırılmasına dəstək olmaq; Agile komandalarında eksperimentlərə, yeni yanaşmaların sınaqdan keçirilməsinə və innovativ düşüncə tərzinə əsaslanan iş mühitini təşviq etmək; İş axınının optimallaşdırılmasına diqqət yetirməklə Agile təcrübələri əsasında komandaların daha çevik və keyfiyyətli nəticələr əldə etməsinə şərait yaratmaq; İş yükü ilə komandanın mövcud resurs və icra potensialı arasında optimal balans yaratmaqla fəaliyyətin səmərəliliyini və nəticəliliyini artırmaq; Proses göstəricilərini təhlil və şərh edərək əsaslandırılmış qərarların qəbuluna və proseslərin davamlı təkmilləşdirilməsinə töhfə vermək; Münaqişəli vəziyyətləri konstruktiv şəkildə həll etmək, qarşılıqlı məqbul həll yolları müəyyənləşdirmək, məhsul komandaları və dəyər axınları (Value Streams) üzrə əməkdaşlığı gücləndirmək; Öz fəaliyyətini səmərəli planlaşdırmaq, yeni təşəbbüslər irəli sürmək və həyata keçirmək, proses və biznes məqsədlərinə nail olmaq üçün proaktiv addımlar atmaq; İş axınının vizual idarə olunmasını təmin etmək, eyni vaxtda icrada olan işlərin sayını (Work in Progress – WIP) məhdudlaşdırmaq və nəticələrin vaxtında əldə olunmasına yönəlmiş təşəbbüslərə rəhbərlik etmək; Rüblük proqram planlaşdırma lövhəsinin (Program Board) idarə olunmasını, dəyər və xərc hesablamalarının aparılmasını, eləcə də işlərin icra müddətinin (Cycle Time) optimallaşdırılması üzrə fəaliyyətləri koordinasiya etmək; Agile və Lean yanaşmalarından istifadə etməklə məhsulların müxtəlif funksional istiqamətlər arasında koordinasiyalı, səmərəli və nəticəyönümlü şəkildə hazırlanmasına və təqdim edilməsinə cavabdeh olmaq; Dəyişikliklərin idarə edilməsi yanaşmalarını tətbiq etməklə Agile komandalarının yetkinlik səviyyəsini artırmaq, dəyər yaratma proseslərini və məhsul komandalarının istifadə etdiyi Agile çərçivə və metodologiyalarını təkmilləşdirmək; Zərurət yarandıqda komanda ilə xarici maraqlı tərəflər arasında əlaqələndirici rolunu yerinə yetirmək. Tələblər Scrum, Kanban və SAFe kimi müxtəlif Agile yanaşmaları üzrə biliklər; Agile görüş və tədbirlərinin effektiv təşkili və fasilitasiyası üzrə yüksək bacarıqlar; Backlog üzrə prioritetlərin müəyyənləşdirilməsi, istifadəçi hekayələrinin xəritələndirilməsi (User Story Mapping), proses göstəricilərinin təhlili və SMART məqsədlərin formalaşdırılması sahəsində təcrübə; Proqram təminatının hazırlanması üzrə həyat dövrü (SDLC) haqqında ətraflı biliklər və işlərin icra müddətinin (Cycle Time) idarə olunması üzrə səriştə; Yüksək səviyyədə ünsiyyət, təqdimat, şəxsiyyətlərarası münasibətlərin qurulması və aktiv dinləmə bacarıqları; Güclü analitik düşünmə, problemlərin müəyyənləşdirilməsi və effektiv həll yollarının tapılması bacarıqları; Maraqlı tərəflərlə münasibətlərin idarə olunması və effektiv əməkdaşlığın qurulması bacarığı; Jira, Miro, MS Excel və MS PowerPoint proqramları ilə işləmək bacarığı; İşlərin icrası üzrə konkret təşəbbüslərə sahiblik etmək və onların nəticələrinə görə məsuliyyət daşımaq bacarığı; Certified ScrumMaster (CSM), SAFe Agilist və ya digər Agile sertifikatlarının olması; layihələrin idarə edilməsi üzrə sertifikatlar (məsələn, PMI-ACP, PMP) üstünlük hesab olunur; Azərbaycan, ingilis və rus dillərini bilmək. Layihələrin idarə edilməsi, biznesin idarə olunması və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.