Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zəhmət Ruzi MMC (SAB)

Marketinq Meneceri

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi; Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar tendensiyalarının izlənilməsi; Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması; Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi; Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması; Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi; Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və koordinasiyası; Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi; Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi; Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə nəzarətin təmin edilməsi; Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi. Tələblər Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil; Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlükdür; Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə təcrübə; Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər; Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər; Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı; Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı; Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük; Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı. Şirkət: “ZƏHMƏT-RUZİ” MMC Vəzifə: Marketinq Meneceri İş yeri: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan İş qrafiki: 09:00–18:00 İş həftəsi: 5 günlük

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.