Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SOCAR Upstream MI LLC

Peşə sağlamlığı üzrə qrup rəhbəri

AzərbaycanMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr 📌Peşə sağlamlığı üzrə qrupun gündəlik fəaliyyətini təşkil etmək və qrup üzvləri arasında iş bölgüsünü aparmaq📌Peşə sağlamlığı üzrə təsdiq edilmiş strategiya, prosedur və fəaliyyət planlarının icrasını təmin etmək📌İstehsalat sahələrində peşə sağlamlığı risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması tədbirlərini koordinasiya etmək📌İşçilərin ilkin, dövri və işə qayıdış tibbi müayinələrinin təşkilinə və icrasına nəzarət etmək📌İşə yararlılığın qiymətləndirilməsi, tibbi məhdudiyyətlərin müəyyən edilməsi və işə qayıdış proseslərini əlaqələndirmək📌Sağlamlıq müşahidəsi və sağlamlığın təşviqi proqramlarının həyata keçirilməsini təşkil etmək📌Tibbi xidmətlərin, tibb məntəqələrinin və tibbi heyətin fəaliyyətinə nəzarət etmək📌Tibbi təxliyə və təcili tibbi yardım proseslərinin koordinasiyasında iştirak etmək📌Alkoqol və narkotik testləri proqramının icrasına nəzarət etmək📌Tibbi xidmət təminatçılarının fəaliyyətini və göstərilən xidmətlərin keyfiyyətini izləmək📌Peşə sağlamlığı üzrə göstəriciləri izləmək, təhlil etmək və hesabatlar hazırlamaq📌Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması və fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirmək📌Aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək və peşə sağlamlığı məsələləri üzrə metodiki dəstək göstərmək📌Qrup əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına və peşəkar inkişafına töhfə vermək Tələblər ✔️Ali Tibb Təhsili (Peşə sağlamlığı və ya əmək gigiyenası sahəsində əlavə ixtisaslaşma arzuolunandır)✔️Peşə sağlamlığı və tibbi xidmətlərin təşkili sahəsində minimum 8 il iş təcrübəsi (xüsusilə Neft-qaz sənayesində və ya yüksək riskli istehsalat sahələrində)✔️Peşə sağlamlığı üzrə milli qanunvericilik, beynəlxalq standartlar və korporativ tələblər barədə biliklər✔️Tibbi müayinələrin, sağlamlıq müşahidəsi və işə yararlılığın qiymətləndirilməsi proseslərinin təşkili üzrə təcrübə✔️İşə yararlılığın qiymətləndirilməsi, sağlamlıq müşahidəsi və tibbi müayinələrin təşkili üzrə biliklər✔️Peşə sağlamlığı proqramlarının və profilaktik tədbirlərin həyata keçirilməsində iştirak təcrübəsi.✔️Hesabatların hazırlanması, göstəricilərin təhlili və təkmilləşdirmə tədbirlərinin icrası üzrə təcrübə✔️Tibbi xidmətlərin təşkili və tibbi heyətin fəaliyyətinin koordinasiyası bacarığı✔️Komanda işi, liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları✔️Azərbaycan dilində sərbəst, ingilis dilində ünsiyyət bacarığı✔️MS Office proqramları və hesabatların hazırlanması üzrə bacarıqlarMüraciət üçün son tarix: 19.11.2026Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Peşə sağlamlığı üzrə qrup rəhbəri” başlığı ilə recruitment@suom.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.