Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

European Azerbaijan School

Sürücü

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək; Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq; Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək. Tələblər Sürücüluk vəsiqəsi (D kateqoriya) Avtobus sürücülük sahəsində minimum 3 il təcrübə; Müvafiq cədvəl üzrə işləmək bacarığı; Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı; Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı; 30-55 yaş arası namizədlər; Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.