Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

İqlim Elmi İstehsalat Müəssisəsi MMC

CAD/CAM Mühəndis-Proqramist

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Qara və əlvan metalların mexaniki emalı üzrə istehsal texnologiyalarını hazırlamaq və təkmilləşdirmək; Yeni məhsulların istehsalı üçün texnoloji prosesləri layihələndirmək; Prototiplərin hazırlanması və sınaq mərhələlərində iştirak etmək; CAD/CAM proqramları vasitəsilə CNC dəzgahları üçün yüksək dəqiqlikli proqramlar hazırlamaq; Texnoloji sənədləri, istehsal marşrutlarını və iş təlimatlarını hazırlamaq və yeniləmək; İstehsalatda yaranan texniki problemləri araşdırmaq və həlli istiqamətində təkliflər vermək; İstehsalın səmərəliliyinin artırılması, xərclərin və qüsurların azaldılması üzrə texnoloji təkmilləşdirmələr aparmaq; İstehsal avadanlıqları, alətlər və qurğular üzrə texniki tələbləri müəyyənləşdirmək. Tələblər Cihazqayırma, Xüsusi Texnika və Texnologiyalar, Maşınqayırma mühəndisliyi və ya uyğun sahə üzrə ali texniki təhsil; CNC və universal dəzgahlarla işləmək sahəsində minimum 5 il iş təcrübəsi; Tornalama, frezləmə, tel eroziya və dalma emalı prosesləri üzrə biliklər; CAD/CAM proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Texniki çertyojları və istehsalat sənədlərini sərbəst oxumaq və təhlil etmək bacarığı; Ölçmə alətlərindən istifadə bacarığı, yüksək dəqiqlik və məsuliyyət. Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur. İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.