Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

İqlim Elmi İstehsalat Müəssisəsi MMC

Səthi Örtük Texnologiyaları Mühəndis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Səthi örtük, kimyəvi və elektrokimyəvi emal (anodlaşdırma, fosfatlaşdırma, sinkləmə və s.), qumlama və boya proseslərinin texnoloji reqlamentlərə və standartlara uyğun həyata keçirilməsini təmin etmək; Örtük qalınlığı, səth pürüzlülüyü, adgeziya və korroziyaya davamlılıq parametrlərini xüsusi ölçü cihazları vasitəsilə yoxlamaq; Ölçmə nəticələrinə əsasən müvafiq hesabatlar hazırlamaq; İstehsalat prosesində yaranan texnoloji nasazlıq və defektlərin səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək; İstehsal proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Texnoloji təlimatların, iş prosedurlarının və keyfiyyət sənədlərinin hazırlanmasını və yenilənməsini həyata keçirmək. Tələblər Kimya mühəndisliyi, Materialşünaslıq, Metallurgiya, Kimyəvi texnologiya və ya Mexanika mühəndisliyi üzrə ali texniki təhsil; Səthi örtük, qalvanika, elektrokimyəvi emal, qumlama və ya sənaye boya texnologiyaları sahəsində minimum 2–3 il iş təcrübəsi; Metalların korroziyası və mühafizə üsulları üzrə nəzəri və praktiki biliklər; Qumlama standartları (ISO 8501 və s.) və boya sistemləri üzrə biliklər; ISO, SSPC, NACE/AMPP və ya ASTM standartları ilə işləmək təcrübəsi üstünlükdür; Texniki çertyojları və texnoloji xəritələri oxumaq bacarığı; Laboratoriya və ölçü cihazlarından sərbəst istifadə etmək bacarığı; Analitik düşünmə, problem həll etmə və komandada işləmək bacarığı. Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur. İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.