Vakansiya haqqında
Əsas vəzifələr
Qarabağ Universiteti Tələbə Məlumat Sisteminin (Student Information System – SIS) proqram arxitekturasını, verilənlər bazasını və əsas funksional modullarını layihələndirmək və sıfırdan hazırlamaq;
Sistemi Qarabağ Universitetinin akademik və inzibati proseslərinə uyğun qurmaq;
Tələbə qeydiyyatı, akademik məlumatların idarə edilməsi və digər zəruri funksional modulları hazırlamaq;
Yeni funksiyalar və istifadəçi interfeysləri hazırlamaq, mövcud funksiyaları optimallaşdırmaq;
PHP və Laravel texnologiyaları əsasında təhlükəsiz, genişləndirilə bilən və dayanıqlı proqram həlləri hazırlamaq;
PostgreSQL verilənlər bazasını layihələndirmək, idarə etmək, SQL sorğularını və miqrasiyaları optimallaşdırmaq;
İstifadəçi rolları, səlahiyyətlər, təsdiq prosesləri və audit mexanizmlərini hazırlamaq;
REST API, SSO/OAuth, JWT və WebSockets əsaslı sistem inteqrasiyalarını həyata keçirmək;
Excel fayllarının idxalı və ixracı, məlumatların emalı, avtomatlaşdırılmış hesabatların, PDF və digər elektron sənədlərin generasiyası funksiyalarını hazırlamaq;
Hazırlanan funksiyaların testini, versiya nəzarətini, proqram təhlükəsizliyini və texniki sənədləşdirilməsini təmin etmək;
Universitetin struktur bölmələrinin ehtiyaclarını təhlil edərək funksional və texniki tələblərə çevirmək;
SIS-in digər universitet sistemləri ilə inteqrasiyasını və uzunmüddətli texniki inkişafını təmin etmək;
Universitetdə tətbiq olunan Blackboard Learn Ultra LMS platformasının idarəetmə və inzibatçılıq funksiyalarını mənimsəmək, sistemin tətbiqinə, texniki dəstəyinə və digər rəqəmsal sistemlərlə inteqrasiyasına dəstək göstərmək;
Universitetdə yeni rəqəmsal həllərin hazırlanmasında iştirak etmək.
Tələblər
Kompüter elmləri, informasiya texnologiyaları, proqram mühəndisliyi, kompüter mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil üstünlükdür. Güclü kommersiya təcrübəsi və mürəkkəb proqram layihələrində praktiki iş təcrübəsi ali təhsil tələbini əvəz edə bilər;
İngilis dilində texniki sənədləri və proqramlaşdırma resurslarını oxuyub anlamaq, zərurət olduqda xarici texniki tərəfdaşlarla yazılı ünsiyyət qurmaq bacarığı (minimum B1, B2 üstünlükdür);
PHP və Laravel ekosistemi üzrə güclü praktik bilik, müasir versiyalar və qabaqcıl proqramlaşdırma təcrübələri ilə işləmək bacarığı;
Laravel MVC, Eloquent ORM, migrations, middleware, validation, authentication/authorization, Policies/Gates və Queues/Jobs üzrə praktiki bilik;
PostgreSQL, verilənlər bazasının layihələndirilməsi və mürəkkəb SQL sorğuları ilə işləmək bacarığı;
Livewire 3, Blade, Tailwind CSS və JavaScript üzrə bilik və təcrübə;
RESTful API, SSO/OAuth, JWT autentifikasiyası, WebSockets və real-time bildiriş mexanizmləri üzrə praktiki təcrübə;
Excel fayllarının idxalı və ixracı, məlumatların emalı, çoxvərəqli hesabatların, PDF və digər elektron sənədlərin dinamik hazırlanması üzrə praktiki təcrübə;
Git ilə sərbəst işləmək bacarığı;
Role-Based Access Control (RBAC), approval workflow və audit log mexanizmləri üzrə bilik;
Proqram təminatının arxitekturasını layihələndirmək və mürəkkəb sistemləri sıfırdan hazırlamaq bacarığı;
PHP/Laravel üzrə minimum 3 il kommersiya təcrübəsi;
ERP, CRM, SIS və ya digər mürəkkəb idarəetmə sistemlərinin hazırlanmasında təcrübə üstünlükdür;
Docker, Linux, CI/CD, PHPUnit/Pest, təhsil idarəetmə sistemləri, ECTS və GPA/ÜOMG prosesləri üzrə təcrübə üstünlükdür;
Analitik düşünmə, problem həlli və müstəqil işləmək bacarığı;
Texniki olmayan tələbləri proqram həllərinə çevirmək bacarığı;
Komanda işi, effektiv kommunikasiya və texniki sənədləşdirmə bacarıqları;
Məlumat təhlükəsizliyinə məsuliyyətli yanaşma;
SIS və digər rəqəmsal həllərin uzunmüddətli inkişafında iştirak etməyə hazır olmaq.
Əsas texnologiyalar: PHP 8.5.x | Laravel 13 | PostgreSQL | Livewire 3 | Tailwind CSS
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
