Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Qarabağ Universiteti

Rəqəmsal tədrisə dəstək üzrə mütəxəssis

XankəndiMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Fakültə üzrə Blackboard Learn Ultra platformasının fəaliyyətini idarə etmək, fənn bloklarının, istifadəçi qruplarının və akademik strukturların sistemdə düzgün formalaşdırılmasını təmin etmək; Akademik tədris strukturlarının iyerarxiyasını, fənn daxilində şərtli açılma qaydalarını və sistem rolları (müəllim, assistent, tələbə və s.) üzrə giriş, baxış icazələrini tənzimləmək; Fənn və tələbə məlumat bazalarını strukturlaşdırmaq, cədvəl verilənlərini emal edərək platformaya ardıcıl və xətasız inteqrasiya etmək; Kurs şablonlarının qurulmasını, əvvəlki tədris dövrlərinə aid məzmunun yeni semestrlərə keçirilməsi və ya arxivləşdirilməsini həyata keçirmək; Professor-müəllim heyətinə platformanın tətbiqi, qiymətləndirmə meyarları, rubrikalar və davamiyyətin uçotu üzrə fərdi və qrup metodiki, texniki dəstəyi göstərmək; İncəsənət və yaradıcılıq dərslərinin tələblərinə uyğun olaraq böyük həcmli multimedia fayllarının (audio, video, tələbə portfolioları) bulud platformaları üzərindən sistemə optimal inteqrasiyasını təşkil etmək; İstifadəçilər üçün anlaşıqlı, addım-addım vizual təlimat materialları, video bələdçilər və elektron yaddaş kitabçaları hazırlamaq; Tədris prosesində və qiymətləndirmə jurnallarında (Gradebook) yarana biləcək kənaraçıxmaları, texniki və prosedur boşluqları öncədən müəyyən edərək qabaqlayıcı tədbirlər görmək. Tələblər İnformasiya texnologiyaları, kompüter elmləri, menecment və ya əlaqəli sahədə ali təhsil; LMS (Öyrənmə İdarəetmə Sistemləri) üzrə praktiki iş təcrübəsi üstünlükdür ; Tədris sistemlərinin məntiqi arxitekturası, istifadəçi rolları, giriş icazələri və qiymətləndirmə mexanizmləri üzrə biliklər; MS Excel və ya Google Sheets mühitində yüksək səviyyədə işləmək, böyük cədvəl verilənlərinin təmizlənməsi, strukturlaşdırılması və çarpaz tutuşdurulması bacarığı; Bulud saxlanc sistemləri (Google Drive, OneDrive və s.) və giriş icazələrinin idarəsi üzrə biliklər; Təhsil texnologiyalarındakı yenilikləri, platforma modullarını və rəqəmsal tədris alətlərini müstəqil şəkildə sürətlə mənimsəmək və tətbiq etmək qabiliyyəti; İş proseslərinin, təlimatların və gündəlik əməliyyatların optimallaşdırılmasında müasir rəqəmsal və generativ texnologiyalardan (Sİ alətləri) səmərəli istifadə vərdişi; Ekran qeydiyyatı və vizual bələdçi hazırlama alətləri ilə işləmək bacarığı; Müxtəlif rəqəmsal savadlılıq səviyyəsinə malik akademik heyətlə səbirli, anlaşıqlı və fərdi yanaşma ilə işləmə, yüksək empatiya və pedaqoji dəstək qabiliyyəti; Problemlərin səbəbini araşdırma, məhdud texniki şəraitdə alternativ həllər formalaşdırma, sənədləşdirmə və hesabatlılıq bacarıqları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.