Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SOCAR Upstream MI LLC

Layihələr üzrə SƏTƏMM mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Layihələrin bütün mərhələlərində (konseptual işlənmə, layihələndirmə, satınalma, tikinti-quraşdırma, sınaq və istismara vermə) sağlam, təhlükəsiz əmək şəraitinin təmin edilməsi, sənaye və proses təhlükəsizliyi, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə qüvvədə olan yerli qanunvericiliyin və beynəlxalq standartların tələblərinə riayət olunmasına nəzarət etmək Təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi proseslərində (HAZID, HAZOP, LOPA və digər müvafiq təhlillər) iştirak etmək, müəyyən edilmiş risklərin layihə həlləri vasitəsilə aradan qaldırılması və ya məqbul səviyyəyədək azaldılması üzrə tədbirlərin nəzərdə tutulmasına dəstək göstərmək Layihə fəaliyyətləri üzrə işə icazə sisteminin (PTW), təhlükəli işlərin idarə olunmasının, enerji mənbələrinin təcrid edilməsinin (LOTO), eyni vaxtda aparılan əməliyyatların (SIMOPS) və digər təhlükəsiz iş sistemlərinin tətbiqinə metodiki dəstək göstərmək və icrasına nəzarət etmək Tikinti-quraşdırma və digər sahə işləri üzrə SƏTƏMM monitorinqlərində, inspeksiyalarda və auditlərdə iştirak etmək, uyğunsuzluqların aradan qaldırılması tədbirlərini müəyyən edilməsinə, icra müddətlərinin razılaşdırılmasına və izlənilməsinə dəstək göstərmək Layihə üzrə SƏTƏMM göstəricilərini, monitorinq və inspeksiya nəticələrini, hadisə məlumatlarını və tədbirlərin icra vəziyyətini toplamaq, təhlil etmək və dövri hesabatlar hazırlamaq İstehsalat sahələrinin xüsusiyyətlərini, mövcud infrastrukturun vəziyyətini və əməliyyat risklərini nəzərə almaqla, layihə həllərini təhlükəsizlik baxımından qiymətləndirmək Mövcud istehsalat obyektləri ilə interfeyslərin, eyni vaxtda aparılan əməliyyatların (SIMOPS), işə icazə sisteminin, texniki xidmət və təmir fəaliyyətlərinin, eləcə də əməliyyat təhlükəsizliyinə təsir göstərə biləcək risklərin əlaqələndirilməsinə töhfə vermək Tələblər Ətraf mühitin mühafizəsi, Ekologiya mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və digər əlaqəli ixtisas sahələri üzrə Ali təhsil Müvafiq sahə üzrə mütəxəssis vəzifələrində minimum 3 il iş stajı MS Office proqramlarında mükəmməl işləmə bacarığı Ətraf mühitin mühafizəsi üzrə yerli qanunvericiliyin və beynəlxalq standartların tələbləri üzrə müfəssəl biliklər Risklərin qiymətləndirilməsi (HAZID, HAZOP, LOPA və sair) prosesləri və risklərin aradan qaldırılması üzrə praktiki təcrübəyə əsaslanan texniki biliklər Mürəkkəb problemləri strukturlaşdırmaq və əsaslandırılmış qərarlar vermək bacarığı Çoxdisiplinli komandalarla effektiv əməkdaşlıq etmək bacarığı İngilis dilini bilənlərə üstünlük verilir

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.