Vakansiya haqqında
Əsas vəzifələr
Tikilən bina və qurğular üzrə layihə sənədlərinə əsasən iş həcmlərinin texniki hesablanmasında iştirak etmək;
Faktiki görülən işlərin layihə sənədləri ilə müqayisəli təhlilini aparmaq və yerində yoxlamalarda iştirak etmək;
Aylıq görülən işlər üzrə Forma N-2 sənədlərinin hazırlanmasında texniki məlumatları hazırlamaq və təqdim etmək;
Görülmüş işlər üzrə işçilik həcmlərini müəyyən etmək və müvafiq hesablamalara dəstək vermək;
ƏDV (18%) və digər maliyyə hesablamaları üçün texniki əsaslandırmaları hazırlayaraq mühasibatlığa təqdim etmək;
Anbara daxil olan materialların siyahısını təhlil etmək, norma üzrə sərfiyyat hesablamalarında iştirak etmək;
Tikintidə istifadə olunan materialların təyinatı üzrə istifadəsinə nəzarətdə iştirak etmək;
İdxal olunan tikinti materialları üzrə texniki sənədlərin hazırlanmasına dəstək vermək;
Norma və dəyər göstəriciləri ilə texniki hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Müqavilələrin texniki hissəsinin təhlilində iştirak etmək;
Hər ay üzrə görülmüş işlər, material sərfiyyatı və digər texniki göstəricilər barədə məlumatları toplamaq və hesabat şəklində təqdim etmək;
Tikinti norma və qaydalarına uyğunluğun təmin olunmasında iştirak etmək;
Texniki sənədlərin (aktlar, hesabatlar və s.) düzgün və vaxtında hazırlanmasını təmin etmək;
İş Qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00;
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
Tələblər
Sənaye və mülki tikinti üzrə ali təhsil.
Sahə üzrə minimum 2–3 il iş təcrübəsi.
Tikinti normaları (SNiP, SP, AZDTN) üzrə biliklər.
Texniki hesabatların və icmal arayışların hazırlanması bacarığı.
MS Excel, Word və AutoCAD proqramlarında işləmə bacarığı (oxuma və təhlil səviyyəsində).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
