Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azercell

Head of Accounting and Tax Compliance

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Mühasibat əməliyyatları və maliyyə hesabat dövrünün bağlanmasıMühasibat əməliyyatlarına rəhbərlik etmək, aylıq və illik maliyyə hesabat dövrünün düzgün və vaxtında bağlanmasını təmin etmək.Üzləşdirmə əməliyyatları, şirkətdaxili hesablaşmalar və vahid mühasibat uçotu siyasətlərinə nəzarət etmək.Əsas vəsaitlər və CAPEXƏsas vəsaitlərin uçotu, kapitallaşdırılması, amortizasiyası və tikintisi davam edən aktivlər üzrə nəzarət proseslərini idarə etmək.CAPEX/OPEX xərclərinin düzgün təsnifatını və mühasibat uçotu standartlarına uyğunluğunu təmin etmək.Vergi və qanunvericilik üzrə uyğunluqMənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəliklərinin düzgün hesablanmasını, bəyan edilməsini və vaxtında ödənilməsini təmin etmək.Vergi yoxlamalarına rəhbərlik etmək və yerli qanunvericiliyin tələblərinə uyğunluğu təmin etmək.Ödənişlər və daxili nəzarətMərkəzləşdirilmiş ödəniş əməliyyatlarına, bank əməliyyatlarına və üzləşdirmə proseslərinə nəzarət etmək.Maliyyə nəzarəti mexanizmlərini, təsdiq prosedurlarını və vəzifə bölgüsü prinsiplərini gücləndirmək.Transformasiya və komanda rəhbərliyiMühasibat uçotu proseslərinin avtomatlaşdırılması təşəbbüslərinə rəhbərlik etmək.SAP S/4HANA Finance sisteminin tətbiqinə və proseslərin davamlı təkmilləşdirilməsinə rəhbərlik etmək.Dörd struktur bölmə rəhbərinin idarə edilməsini və peşəkar inkişafını təmin etmək, yüksək performans, məsuliyyətlilik və komanda effektivliyini təşviq etmək. Əsas vəzifələr Mühasibat əməliyyatlarına rəhbərlik etmək, aylıq və illik maliyyə hesabat dövrünün düzgün və vaxtında bağlanmasını təmin etmək. Üzləşdirmə əməliyyatları, şirkətdaxili hesablaşmalar və vahid mühasibat uçotu siyasətlərinə nəzarət etmək. Əsas vəsaitlərin uçotu, kapitallaşdırılması, amortizasiyası və tikintisi davam edən aktivlər üzrə nəzarət proseslərini idarə etmək. CAPEX/OPEX xərclərinin düzgün təsnifatını və mühasibat uçotu standartlarına uyğunluğunu təmin etmək. Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəliklərinin düzgün hesablanmasını, bəyan edilməsini və vaxtında ödənilməsini təmin etmək. Vergi yoxlamalarına rəhbərlik etmək və yerli qanunvericiliyin tələblərinə uyğunluğu təmin etmək. Mərkəzləşdirilmiş ödəniş əməliyyatlarına, bank əməliyyatlarına və üzləşdirmə proseslərinə nəzarət etmək. Maliyyə nəzarəti mexanizmlərini, təsdiq prosedurlarını və vəzifə bölgüsü prinsiplərini gücləndirmək. Mühasibat uçotu proseslərinin avtomatlaşdırılması təşəbbüslərinə rəhbərlik etmək. SAP S/4HANA Finance sisteminin tətbiqinə və proseslərin davamlı təkmilləşdirilməsinə rəhbərlik etmək. Dörd struktur bölmə rəhbərinin idarə edilməsini və peşəkar inkişafını təmin etmək, yüksək performans, məsuliyyətlilik və komanda effektivliyini təşviq etmək. Tələblər İş təcrübəsi: Müvafiq sahədə minimum 10 il iş təcrübəsi, o cümlədən mühasibat uçotu, maliyyə nəzarəti və ya maliyyə əməliyyatları üzrə rəhbər vəzifədə ən azı 5 il təcrübə, həmçinin rəhbər heyətin idarə edilməsi üzrə təcrübə. Təhsil: Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. Strateji maliyyə idarəetməsi: Bir neçə hüquqi şəxs üzrə maliyyə hesabat dövrünün bağlanması, maliyyə uçotu, xarici audit, vergi uyğunluğu və genişmiqyaslı mühasibat əməliyyatlarının idarə edilməsində uğurlu təcrübə. Peşəkar biliklər: MHBS (IFRS) və Azərbaycan Respublikasının vergi qanunvericiliyi, o cümlədən mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergilər və vergi yoxlamaları üzrə güclü biliklər. ERP və transformasiya: SAP FI və ya SAP S/4HANA maliyə sistemləri ilə iş üzrə rəhbərlik təcrübəsi; biznes proseslərinin standartlaşdırılması, mərkəzləşdirilməsi, ERP sistemlərinin tətbiqi və avtomatlaşdırılması sahəsində təcrübə üstünlükdür. Peşəkar sertifikatlar: ACCA, CPA, CA və ya ekvivalent peşəkar mühasibatlıq sertifikatına sahib olmaq arzuolunandır. Azərbaycan Respublikasının Peşəkar Mühasib Sertifikatının (PMS) olması və ya əldə edilməsi üçün uyğunluq əlavə üstünlükdür. Liderlik və kommunikasiya bacarıqları: Azərbaycan dilini sərbəst, ingilis dilini isə peşəkar iş səviyyəsində bilmək, yüksək liderlik və ünsiyyət bacarıqları, dürüstlük, düzgün qərarvermə və maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.