Vakansiya haqqında
Əsas vəzifələr
Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;
Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;
Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;
Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;
Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;
Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;
Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.
Tələblər
Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;
Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;
Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;
Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;
Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;
Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.
Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;
Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
