Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TuranBank

Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Bank üzrə məlumatların idarə edilməsi (Data Governance) çərçivəsinin və müvafiq metodologiyaların tətbiqində iştirak edilməsi; Məlumatların keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin və nəzarət qaydalarının müəyyənləşdirilməsi; Məlumatların sahibliyi (Data Ownership) və idarə edilməsi üzrə məsuliyyətlərin müəyyənləşdirilməsi və əlaqələndirilməsi; Bankın məlumat lüğətinin (Business Data Glossary), məlumat kataloqunun (Data Catalog) və metadata idarəetmə proseslərinin formalaşdırılması və inkişaf etdirilməsi; Məlumatların mənbədən istifadəçiyə qədər hərəkətinin və transformasiyalarının izlənəbilənliyinin (Data Lineage) təmin edilməsi üzrə fəaliyyətlərdə iştirak edilməsi; Məlumatların keyfiyyəti ilə bağlı problemlərin müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aidiyyəti bölmələrlə həllinin əlaqələndirilməsi; Məlumatların təsnifatı, istifadəsi və idarə edilməsi üzrə daxili qayda və standartların hazırlanmasında iştirak edilməsi; Müvafiq bölmələr ilə əməkdaşlıq edərək məlumatların idarə edilməsi tələblərinin tətbiqinin təmin edilməsi. Tələblər İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil; Data idarəetməsi (Data Governance), Data keyfiyyəti (Data Quality), data menecementi (Data Management) və ya əlaqəli sahə üzrə iş təcrübəsi; Məlumatların idarə edilməsi prinsipləri, məlumatların keyfiyyəti və metadata anlayışları üzrə biliklər; SQL vasitəsi ilə məlumatların yoxlanılması və təhlili üçün kifayət qədər biliklər; Məlumat modelləri, relyasiyalı verilənlər bazaları və data anbarı (Data Warehouse) haqqında anlayış; Analitik düşüncə, problem həll etmə və proseslərin təhlili bacarığı; Sənədləşdirmə, kommunikasiya və müxtəlif biznes bölmələri ilə əməkdaşlıq bacarığı; İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində. Bank və ya maliyyə sektorunda iş təcrübəsi; Data idaeəteməsi (Data Governance) və data keyfiyyəti (Data Quality) üzrə layihələrdə iştirak təcrübəsi; DAMA-DMBOK çərçivəsi və ya digər data menecement metodologiyaları haqqında biliklər; Data Governance alətləri haqqında biliklər; Məlumatların təsnifatı, Data Lineage və Data Catalog üzrə praktiki təcrübə.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.