Vakansiya haqqında
Əsas vəzifələr
Quyuların əsaslı və yeraltı təmiri üzrə texnoloji proseslərdə iştirak etmək və təmir əməliyyatları üçün hazırlıq işlərini yerinə yetirmək.
Sement və kimyəvi məhlulları (Duo-Vis, Kalimatant və s.) hazırlamaq, quyuların turşu və hidravlik üsullarla işlənməsi, tutma, tədqiqat, perforasiya və mənimsənilməsi əməliyyatlarında iştirak etmək.
Kanat üsulu ilə quyuların təmiri, güc-hidravlik fırlanğıcların, quyu dibi qazma mühərriklərinin və elektrik dalma nasoslarının (EDN) quyu dibi yığımının yığılması, sökülməsi və yoxlanılması işlərini həyata keçirmək.
Nasos-kompressor və qazma borularının endirilməsi və qaldırılması zamanı boruların körpü üzərinə və ya daraq arxasına yığılması, o cümlədən müvafiq hündürlük işlərini yerinə yetirmək.
Avadanlıq və alətlərin yollanması, bağlanması, tal sisteminin yığılması və ləvazimatların dəyişdirilməsi proseslərində iştirak etmək, boruların ölçülməsini həyata keçirmək.
Boru və ştanqların endirilməsi və qaldırılması zamanı bağlanıb-açılması üçün istifadə olunan açarların, elevatorların və avtomatik avadanlıqların sazlığını təmin etmək.
Tal sisteminin, yürüş pilləkənlərinin, sürahilərin, işçi meydançaların, ayaqaltıların və körpülərin texniki vəziyyətinə nəzarət etmək.
Rotorun, rotor ötürməsinin, qazma məhlullarının, tamponlayıcı qarışıqların və kimyəvi reagentlərin işçi vəziyyətinə nəzarət etmək.
Sahədə istifadə olunan avadanlıq və alətlərin texniki vəziyyətini yoxlamaq, zəruri hallarda cari təmir işlərini yerində həyata keçirmək.
Əməliyyat prosesləri boyunca qazmaçıya dəstək göstərmək, işə başlamazdan əvvəl, iş zamanı və iş bitdikdən sonra texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Sahə üzrə orta ixtisas və ya peşə təhsili.
Quyu təmirinin əsasları, sement və kimyəvi məhlulların hazırlanması, quyuların turşu və hidravlik üsullarla işlənməsinin əsasları, boru və ştanqlarla işləmək üzrə biliklər.
Təhlükəsizlik və risk intizamı, davamlı öyrənmə və təkmilləşdirmə, əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük və hesabatlılıq, insanlara və iş mühitinə qayğı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
