Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bahar Enerji Əməliyyat Şirkəti

Təmirə Hazırlıq üzrə Operator

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Paker emalatxanasında müxtəlif növ tutucu, yuyucu, frezləyici və qazma alətlərinin yığılması, quraşdırılması və hazırlanması işlərini həyata keçirmək. Quyuağzı avadanlıqların, müxtəlif növ siyirmələrin, tullanışa qarşı avadanlıqların, alətlərin və digər neft-mədən avadanlıqlarının cari və əsaslı təmiri, bərpası, sınaqdan keçirilməsi və yoxlanılması işlərini yerinə yetirmək. Sahədə yerləşən avadanlıqların təmiri prosesini həyata keçirmək və onların texniki sazlığını təmin etmək. Müxtəlif növ alət və avadanlıqların montaj və demontaj işlərini yerinə yetirmək, onların emalatxanaya və iş sahələrinə daşınmasını təmin etmək. UPA/UPT və digər aqreqatlı maçtalı qurğuların quraşdırılmasında iştirak etmək. QBQ və digər tip qaldırıcı qurğuların, dəzgahların və qüllələrin çəkilmə və daşınmaya hazırlanması, çəkilməsi, gəmi kranı vasitəsilə daşınması və quraşdırılması işlərini həyata keçirmək. Paker emalatxanasına aid avadanlıqların inventarizasiyasını aparmaq. Alət və avadanlıqların, müxtəlif yanacaq və sürtkü materiallarının texniki təhlükəsizlik qaydalarına və müvafiq təlimatlara uyğun şəkildə yerləşdirilməsini, saxlanılmasını və çeşidlənməsini təmin etmək. Emalatxana və sahələrdə istifadə olunan avadanlıq və alətlərin düzgün istismarına, texniki vəziyyətinə və səliqəli saxlanılmasına diqqət yetirmək. İşə başlamazdan əvvəl, iş zamanı və iş bitdikdən sonra bütün texniki təhlükəsizlik qaydalarına riayət etmək. Tələblər Quyuağzı avadanlıqlar və tullanışa qarşı avadanlıqlar (BOP) üzrə biliklər. Neft-mədən qurğularının (UPA/UPT, QBQ, qüllə) quruluşunun əsasları. Quyu təmirində istifadə olunan alətlərin növləri və iş prinsipləri üzrə biliklər. Təhlükəsizlik və risk intizamı. Davamlı öyrənmə və təkmilləşdirmə. Əməkdaşlıq və komanda işi. Məsuliyyət, dürüstlük və hesabatlılıq. İnsanlara və iş mühitinə qayğı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.