Vakansiya haqqında
Əsas vəzifələr
Tikinti və layihə ərazilərində topoqrafik və geodeziya ölçmə işlərini həyata keçirmək.
Ərazinin mövcud vəziyyətinin topoqrafik çəkilişini aparmaq.
Bina, qurğu, yol, kommunikasiya xətləri və digər obyektlərin yerləşmə vəziyyətini ölçmək.
Topoqrafik planların hazırlanması üçün ilkin ölçmə məlumatlarını toplamaq.
Total Station, elektron nivelir və GNSS/GPS cihazlarından istifadə etmək.
Ərazidə koordinat və yüksəklik göstəricilərini müəyyən etmək.
Tikinti sahəsində oxların, nöqtələrin və yüksəklik nişanlarının yerə köçürülməsində iştirak etmək.
Qazıntı, dolğu və torpaq planlaşdırma işlərinin hündürlük göstəricilərini ölçmək.
Yol, meydança, bünövrə və digər tikinti elementlərinin topoqrafik ölçmələrini aparmaq.
Ölçmə nəticələrini qeyd etmək və geodeziya mühəndisinə təqdim etmək.
Topoqrafik məlumatların və sxemlərin hazırlanmasına dəstək göstərmək.
Geodeziya cihazlarının texniki vəziyyətinə nəzarət etmək.
Aşkar edilmiş uyğunsuzluqlar və layihədən kənarlaşmalar barədə rəhbərliyə məlumat vermək.
Sahə jurnallarını və digər texniki qeydləri aparmaq.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Ali təhsil.
Müvafiq sahədə 3–5 il iş təcrübəsi.
Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis dili biliyi arzuolunandır.
MS Office proqramlarını əla, AutoCAD proqramını yaxşı səviyyədə bilmək.
Total Station və elektron nivelirdən istifadə bacarığı.
GNSS/GPS avadanlıqlarının iş prinsipləri haqqında biliklər.
Topoqrafik plan və xəritələri oxumaq bacarığı.
Ölçmə nəticələrinin qeydiyyatı və emalı üzrə biliklər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
