Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətin struktur bölmələrindən daxil olan mal və material tələbatlarını qəbul etmək, sistemləşdirmək və ilkin təhlilini aparmaq.
Potensial təchizatçıların araşdırılmasında və müəyyən edilməsində iştirak etmək.
Təchizatçılardan kommersiya təklifləri, qiymət siyahıları və texniki məlumatlar əldə etmək.
Qiymətləri, məhsul keyfiyyətini, çatdırılma müddətlərini və ödəniş şərtlərini müqayisə etmək.
Satınalma sənədlərinin hazırlanmasında və razılaşdırılmasında iştirak etmək.
Təchizatçılarla yazışmaları aparmaq və sifarişlərin icra vəziyyətini izləmək.
Mal və materialların vaxtında çatdırılmasına nəzarət etmək.
Təhvil verilən malların sifariş və sənədlərə uyğunluğunun yoxlanılmasında iştirak etmək.
Anbar, mühasibatlıq və digər struktur bölmələrlə əməkdaşlıq etmək.
Satınalma və təchizat üzrə dövri hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə, logistika, menecment və ya satınalma sahələri üzrə təhsil üstünlükdür).
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı.
Məsuliyyətlilik, dəqiqlik və operativlik.
Güclü ünsiyyət və analitik düşünmə bacarığı.
Komandada işləmək bacarığı.
İngilis dili biliyi və satınalma proqramları ilə işləmək təcrübəsi üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
