Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Providence Doytch Limited

Geodeziya mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Tikinti və layihə ərazilərində geodeziya ölçmə işlərini həyata keçirmək. Tikinti sahələrində geodeziya və həndəsi ölçmələr aparmaq. Layihə sənədlərinə əsasən bina, qurğu, yol və digər mühəndis obyektlərinin koordinat və yüksəklik göstəricilərini müəyyən etmək. Geodeziya bölgü işlərini, o cümlədən oxların, koordinatların və yüksəklik nişanlarının yerə köçürülməsini həyata keçirmək. Total Station, elektron nivelir və GPS/GNSS cihazlarından istifadə etmək. Tikinti işlərinin layihə sənədlərinə uyğunluğunu geodeziya ölçmələri vasitəsilə yoxlamaq. İcra geodeziya ölçmələrini aparmaq və icra sxemlərini hazırlamaq. Topoqrafik plan və xəritələrin hazırlanmasında iştirak etmək. Layihədən kənarlaşmalar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək. Geodeziya işləri üzrə texniki sənədləşməni aparmaq və arxivləşdirmək. Tələblər Geodeziya, torpaq quruluşu və ya müvafiq sahə üzrə ali təhsil. Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi. Geodeziya və topoqrafiya üzrə normativ sənədlər haqqında biliklər. Ölçmə metodları və geodeziya cihazlarının iş prinsiplərini bilmək. AutoCAD, Civil 3D və ya oxşar proqramlarla işləmək bacarığı. Tikinti və torpaq qanunvericiliyinin əsaslarını bilmək. Tikinti layihələrini oxumaq və təhlil etmək bacarığı. İcra geodeziya sənədlərinin hazırlanması üzrə biliklər. Komandada işləmək və analitik düşünmə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.