Vakansiya haqqında
Əsas vəzifələr
Mühasibat uçotu üçün ilkin sənədlərin düzgünlüyünü, tamlığını və müvafiq qaydada təsdiqlənməsini yoxlamaq, uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərə yönləndirmək, mühasibat uçotu registrlərini tərtib etmək;
Hesabat dövrü üzrə aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri (maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir) əsasında analitik və sintetik uçotu aparmaq;
Maliyyə əməliyyatlarını qüvvədə olan mühasibat uçotu qaydalarına, vergi və əmək qanunvericiliyinə uyğun uçota almaq;
Bank və kassa əməliyyatları, debitor və kreditor borcları, əsas vəsaitlər, ehtiyatlar və digər aktiv və öhdəliklər üzrə uçotu aparmaq, üzləşmə aktları tərtib etmək;
Təsdiq edilmiş büdcə və xərc limitləri üzrə icranı izləmək, xərclərin düzgün təsnifatını yoxlamaq və büdcə-faktiki göstəricilər barədə məlumat hazırlamaq;
Qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl edilməklə əməkhaqqı və digər əmək ödənişlərinin hesablanması, əmək haqqından tutulmalar, məcburi sosial sığorta haqları, vergilər və digər ödənişlər üzrə hesablamaları təsdiqedici sənədlər əsasında aparmaq, ödəniş sənədlərini hazırlamaq və icra etmək;
Hesabat dövrləri üzrə əmək haqqı ödənişləri ilə bağlı tələb olunan maliyyə, vergi və statistik hesabatlar, üzləşmə cədvəlləri tərtib etmək, aidiyyəti üzrə təqdim etmək və rəhbərlik üçün tələb olunan maliyyə məlumatlarını hazırlamaq;
Vəzifə funksiyalarının icrası zamanı yaranmış uçot sənədlərinin saxlanmasını və arxivə təhvil verilməsini təmin etmək, aşkar edilmiş səhvlər, uyğunsuzluqlar və səmərəsiz xərclər barədə struktur bölmənin rəhbərinə məlumat vermək;
Struktur bölmənin rəhbərinin tapşırıqlarını tam və vaxtında yerinə yetirmək.
Tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
Mühasibat uçotu sahəsində ən azı 3 il müvafiq iş təcrübəsi; daha mürəkkəb uçot əməliyyatlarını müstəqil aparmaq və hesabatların hazırlanmasında məsuliyyət götürmək təcrübəsi üstünlükdür;
Mühasibat uçotunun təşkili, hesablar planı, ilkin sənədlər, sənəd dövriyyəsi, hesabların üzləşdirilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə praktik biliklər;
Vergi, əməkhaqqı hesablamaları və məcburi ödənişlər üzrə praktiki biliklər; təhsil müəssisəsində və ya dövlət sektorunda iş təcrübəsi üstünlükdür;
Mühasibat proqramları, 1C və MS Excel ilə sərbəst işləmək, uçot məlumatlarını yoxlamaq və təhlil etmək bacarığı;
Uçot sistemlərində məlumatların dəqiqliyini yoxlamaq və hesabatlar hazırlamaq təcrübəsi;
Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, ehtiyatların və digər aktivlərin uçotunun aparılması, amortizasiya hesablamalarının həyata keçirilməsi və inventarizasiya nəticələrinin mühasibat uçotunda və maliyyə hesabatlarında düzgün əks etdirilməsi üzrə praktiki biliklər;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun maliyyə hesabatlarının hazırlanması, maliyyə məlumatlarının tanınması, qiymətləndirilməsi, təsnifləşdirilməsi və açıqlanması üzrə biliklər;
Aktiv və öhdəliklərin müvafiq mühasibat uçotu standartlarına uyğun tanınması, qiymətləndirilməsi, təsnifləşdirilməsi və maliyyə hesabatlarında əks etdirilməsi bacarığı;
Mühasibat uçotu üzrə daxili nəzarət mexanizmləri, maliyyə əməliyyatlarının sənədləşdirilməsi, yoxlanılması və maliyyə risklərinin müəyyən edilməsi üzrə biliklər;
Mühasibat uçotunun aparılması Qaydalarına uyğun olaraq ilkin uçot sənədlərinin rəsmiləşdirilməsi, uçot registrlərinin aparılması, təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi və uçot məlumatlarının sistemləşdirilməsi bacarığı;
Hesabat dövrünün sonunda hesabların bağlanması, dövriyyə-qalıq cədvəllərinin yoxlanılması, düzəliş yazılışlarının aparılması və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
Maliyyə hesabatlarının hazrılanması prosesində iştirak etmək, audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak etmək bacarığı;
Mühasibat uçotu üzrə daxili nəzarət mexanizmləri, maliyyə əməliyyatlarının sənədləşdirilməsi, yoxlanılması və maliyyə risklərinin müəyyən edilməsi üzrə biliklər;
Analitik düşünmə, yüksək dəqiqlik, məsuliyyət, məxfi məlumatlarla etik davranış, vaxtın idarə edilməsi və son tarixlərə riayət etmək bacarığı;
Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis dili bilikləri üstünlük hesab olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
