Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bakı Metropoliteni

Elektrik mühəndis (Texniki nəzarət və keyfiyyət şöbəsi)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Elektrik təchizatı və paylayıcı sistemlərin istismar və texniki xidmət proseslərinə nəzarət etmək; Avadanlıqların və kabel xətlərinin vəziyyətini təhlil etmək; Sxemləri təhlil etmək, layihə həllərinin faktiki istismar şəraitinə uyğunluğunu qiymətləndirmək; Avadanlıqlarda nasazlıqların səbəblərini araşdırmaq və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq; Podratçı işlərin texniki tələblərə uyğunluğunu yoxlamaq; Texniki hesabatlar, nöqsan aktları hazırlamaq. Tələblər Ali təhsil (Elektrik mühəndisliyi, elektroenergetika və ya müvafiq texniki ixtisas üzrə); Elektrik qurğularının istismarı, texniki xidməti və ya layihələndirilməsi sahəsində minimum 3 il iş təcrübəsi; 0,4 kV və orta gərginlikli elektrik paylayıcı qurğularının, güc transformatorlarının, açarların, ayırıcıların və digər kommutasiya avadanlıqlarının iş prinsiplərini bilmək; Elektrik təchizatı sistemlərini oxumaq və təhlil etmək bacarığı; Kabel xətlərinin və mühafizə aparatlarının seçilməsi prinsipləri üzrə biliklər; Rele mühafizəsi, avtomatika, AVR, torpaqlama və elektrik təhlükəsizliyi üzrə biliklər; Elektrik mühərrikləri, tezlik çeviriciləri və idarəetmə sistemləri üzrə biliklər; PLC və SCADA sistemləri barədə ümumi anlayış; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; EQQQ, elektrik təhlükəsizliyi qaydaları, həmçinin IEC 60364, IEC 60947, IEC 62271 və IEC 60204-1 standartları üzrə biliklər. Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.