Vakansiya haqqında
Əsas vəzifələr
Tikinti ərazisində ilkin topoqrafik və geodeziya ölçmə işlərini aparmaq, ərazinin mövcud vəziyyətini və relyefini öyrənmək;
Layihə sənədlərini, istinad nöqtələrini (reperləri), koordinat və yüksəklik məlumatlarını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa Xəritə mühəndisinə məlumat vermək;
Elektron taxeometr (Leica TS09+, TS07, TS03 və digər modellər), GNSS/GPS qəbuledicisi və nivelir vasitəsilə ölçmələri müstəqil və dəqiq aparmaq;
Tikinti oxlarını layihə koordinatlarına uyğun olaraq sahəyə köçürmək, bünövrə və konstruksiya elementlərinin layihə göstəricilərinə uyğunluğunu yoxlamaq;
Sahədə aparılan ölçmələrin dəqiqliyini yoxlamaq, zəruri hallarda təkrar və nəzarət ölçmələri aparmaq;
Ölçmələr zamanı yaranan bağlanma xətalarını təhlil etmək, nəticələrdə aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa rəhbərinə vaxtında məlumat vermək;
AutoCAD və Civil 3D proqramlarında topoqrafik planları hazırlamaq və redaktə etmək;
Ölçmə məlumatlarını emal etmək, koordinat və yüksəklik məlumatlarını sistemləşdirmək;
İcra geodeziya çəkilişlərini (As-built survey) hazırlamaq və layihə ilə faktiki vəziyyət arasındakı fərqləri müəyyən etmək;
Ölçmə nəticələrini tələb olunan formatlarda (DWG, DXF, TXT və s.) hazırlamaq və təqdim etmək;
Fəaliyyətini layihə sənədlərinə, texniki normativlərə və şirkətin daxili qaydalarına uyğun həyata keçirmək.
Tələblər
Geodeziya və xəritəçilik, mühəndis-geodeziya və ya müvafiq sahə üzrə ali təhsil — arzuolunandır;
Topoqraf və ya mühəndis-geodeziya işləri üzrə minimum 3 il iş təcrübəsi;
Elektron taxeometr (Total Station), GNSS/GPS qəbuledicisi və nivelir cihazları ilə işləmək bacarığı;
Leica TS09+, TS07, TS03 və digər geodeziya cihazları ilə işləmək təcrübəsi;
Tikinti sahəsində geodeziya ölçmələrinin aparılması, koordinatların sahəyə köçürülməsi və yüksəklik göstəricilərinin yoxlanılması üzrə praktiki biliklər;
Topoqrafik planların hazırlanması, relyef çəkilişlərinin aparılması və ölçmə məlumatlarının emalı üzrə bacarıqlar;
AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı;
İcra geodeziya çəkilişlərinin (As-built survey) hazırlanması və layihə ilə faktiki vəziyyət arasındakı fərqlərin müəyyən edilməsi üzrə biliklər;
Ölçmələrin dəqiqliyini yoxlamaq, nəzarət ölçmələrini aparmaq və ölçmə xətalarını təhlil etmək bacarığı;
Komandada işləmək və Xəritə mühəndisi ilə effektiv kommunikasiya qurmaq bacarığı.
Əməkhaqqı: 1600–2000 AZN;
İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
