Vakansiya haqqında
Əsas vəzifələr
Avtomatik boya xəttinin işə salınması, dayandırılması və idarə olunması;
Boyanacaq məmulatların konveyerə düzgün yerləşdirilməsi;
Avadanlığın (püskürdücü tabancalar, konveyer sistemləri, kabin ventilyasiyası və s.) işinə nəzarət edilməsi;
Boya miqdarının, rəngin və qat qalınlığının standartlara uyğun tənzimlənməsi;
Səthin əvvəlcədən hazırlanması (yağdan təmizləmə, fosfatlama, zımpara – prosesə görə);
Boya xəttində yaranan nasazlıqları vaxtında aşkar etmək və xətt menecerinə bildirmək;
İş sahəsinin və avadanlığın təmizliyinə riayət etmək;
Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək.
Tələblər
Orta və ya texniki/peşə təhsili;
Boyama, örtükləmə, istehsal sahəsi və ya oxşar sahələrdə iş təcrübəsi (Avtomatik konveyerli boya xətti təcrübəsi, boya qarışdırma təcrübəsi və s. üstünlükdür) – 1 il;
Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya texnologiyası haqqında baza biliklər;
Elektrostatik püskürtmə örtük sistemləri, qurutma sobaları və səth hazırlama üsulları ilə tanışlıq;
Boya kabinləri, tabancaları və filtrasiya sistemləri ilə işləmə bacarığı;
Rəng keçidi, qat qalınlığı və səth hazırlığı haqqında ilkin biliklər;
Boyanın texniki göstəricilərinə uyğun iş prinsiplərini bilmək üstünlükdür;
Örtüklər və kimyəvi maddələrlə əlaqəli əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları haqqında əsas biliklər;
Sənaye şəraitində keyfiyyət standartlarını anlamaq;
İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək;
İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Nahar;
Könüllü tibbi sığorta;
Servis nəqliyyatı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
