Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SAMT LLC

Fosfatlama şöbəsinin operatoru

Sumqayıt, XızıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Fosfatlama xəttində metal məhsulların fosfatlanmasını düzgün şəkildə həyata keçirmək və təyin edilmiş keyfiyyət standartlarına uyğun olmasını təmin etmək; Fosfatlama xəttini ,hidrogen ayrılması sobası və tərs osmos avadanlıqlarını idarə etmək, düzgün işləməsini təmin etmək və nasazlıqları dərhal aradan qaldırmaq; Fosfatlama prosesinin hər mərhələsini izləyərək keyfiyyətə nəzarət etmək və müəyyən edilmiş standartlara uyğunluğu təmin etmək; Fosfatlama üçün istifadə olunan kimyəvi maddələrin və materialların mövcudluğunu izləmək və ehtiyatları müntəzəm olaraq yeniləmək; Yerinə yetirilən fosfatlama işləri və işin gedişatı barədə birbaşa rəhbərinə müntəzəm məlumat vermək; Metal komponentləri müəyyən edilmiş proqram və parametrlərə uyğun olaraq istilik sobalarında və digər avadanlıqlarda qızdırmaq və soyutmaq; Materialları avadanlıqlara düzgün şəkildə yükləmək və boşaltmaq, zədələnmədən yerləşdirmək və daşımaq; Termiki emal avadanlıqlarının düzgün və sabit işləməsini təmin etmək üçün onları yoxlamaq və kalibrləmək; Prosesin gedişi, parametrlər və yoxlama nəticələri üzrə dəqiq qeydiyyat aparmaq və sənədləşdirmək; Aşkarlanmış hər hansı yayınma, qüsur və ya problemi rəhbərliyə bildirmək və düzəldici tədbirlər görmək; Termiki emal əməliyyatlarına dair bütün təhlükəsizlik qaydalarına və fərdi mühafizə vasitələrinin istifadəsinə ciddi riayət etmək; Səmərəliliyi, keyfiyyəti və təhlükəsizliyi artırmaq üçün təkliflər vermək və təşəbbüs göstərmək. Tələblər Orta və ya texniki/peşə təhsili; Fosfatlama, termiki emal və ya digər kimyəvi təmizləmə proseslərində iş təcrübəsi – 1 il; Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya texnologiyası haqqında baza biliklər; Metal sənayesində iş təcrübəsi – üstünlükdür; Sahə üzrə müvafiq sertifikatlar – üstünlükdür. Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.