Vakansiya haqqında
Əsas vəzifələr
Cisco Catalyst və Meraki şəbəkə avadanlıqlarını idarə etmək, VLAN, Trunk, EtherChannel, Stacking və SVI konfiqurasiyalarını həyata keçirmək;
IP ünvanlama planını, DHCP və DNS şəbəkə xidmətlərini idarə etmək, marşrutlama və şəbəkə dayanıqlığı mexanizmlərinin (Static/OSPF, HSRP/VRRP, STP) işini təmin etmək;
Cisco ISE vasitəsilə istifadəçi və cihazların autentifikasiyasına (RADIUS/TACACS+, 802.1X) və giriş icazələrinə nəzarət etmək;
Cisco FMC/FTD üzərindən mövcud firewall, Access Control, NAT və sadə PBR qaydalarını idarə etmək, Site-to-Site və Remote Access VPN bağlantılarını sazlamaq və dəstəkləmək;
Cisco Meraki Dashboard və ya Wireless LAN Controller vasitəsilə Wi-Fi şəbəkələrini idarə etmək və təhlükəsizliyini təmin etmək;
Cisco CUCM sistemində IP telefonların əlavə edilməsi, daxili nömrələrin və müvafiq giriş icazələrinin tənzimlənməsini həyata keçirmək;
PRTG, Zabbix və ya oxşar alətlərlə şəbəkəni monitorinq etmək, nasazlıqları vaxtında aşkar edib aradan qaldırmaq;
Şəbəkə təhlükəsizliyi tədbirlərini (ACL, DHCP Snooping, Port Security və s.) tətbiq etmək və avadanlıq konfiqurasiyalarının ehtiyat nüsxələrini müntəzəm saxlamaq;
Şəbəkə topologiyasını, avadanlıq konfiqurasiyalarını və texniki sənədləşməni aktual saxlamaq
Tələblər
Kompüter elmləri, informasiya texnologiyaları, telekommunikasiya və ya əlaqəli sahədə ali təhsil;
Şəbəkə inzibatçılığı sahəsində ən azı 2 il iş təcrübəsi;
Cisco CCNA sertifikatı və ya ona uyğun bilik səviyyəsi;
Cisco switching/routing, VLAN, STP, Static/OSPF routing, NAT və VPN texnologiyaları üzrə praktiki biliklər;
Cisco FMC/FTD, ISE, Meraki və ya oxşar həllərlə iş üzrə bilik və bacarıqlar;
Cisco CUCM və IP telefoniya üzrə baza bilikləri;
DNS, DHCP, IP ünvanlaşdırma və Windows/Linux mühitlərində şəbəkə konfiqurasiyası üzrə biliklər;
Şəbəkə təhlükəsizliyi və autentifikasiya protokolları (IPSec, SSL/TLS, 802.1X, RADIUS/TACACS+) üzrə biliklər;
Problemlərin operativ həlli, komanda ilə işləmək və texniki sənədləşdirmə bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
