Vakansiya haqqında
Əsas vəzifələr
İstehsalat avadanlıqlarına texniki xidmət və təmir işlərini planlaşdırmaq va təşkil etmek;
Nasazlıqları müəyyənləşdirmək, onların səbəblərini araşdırmaq ve təkrar yaranmasının qarşısını almaq;
Gündəlik icra olunacaq işləri çilingərlərə tapşırmaq və gün ərzində icrasına nəzarət etmək;
Təmir işlərinin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılmasını təmin etmək;
Avadanllqların sökülməsi, hissələrinin yoxlanılması, təmiri , düzgün yığılması və sınaqdan keçirilməsini təşkil etmək
Planlı, cari və qəza tədbirlərinin həyata keçirilməsində iştirak etmək
Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək, sifarişlərin hazırlanmasında iştirak etmək
Anbar ehtiyatlarının vəziyyətini izləmək, kritik ehtiyat hissələrinin çatımazlığı barədə rəhbərliyə məlumat vermək
Təmir və texniki xidmətlə bağlı hesabatları, sifarişləri və digər texniki sənədləri hazırlamaq
Baş mühəndis-mexanik və rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında icra olunmasını təmin etmək
İstehsal avadanlıqlarının təkmilləşməsi və yenilənməsi üçün təklifləri Baş mühəndis mexanikə təqdim etmək
Tabeliyində olan işçilərə periodik olaraq təhlükəsizlik təlimatı keçirmək
Nizam- intizam qaydalarına riayətetmək və tabeliyində olan işçilərdən tələb etmək
İşlərin icrası zamanı əməyin mühafizəsi və texniki təhlükəsizilik tələblərinə riayət olunmasına riayət etmək
Tələblər
Mexanika və ya əlaqədar sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
İngilis dili ya rus dili biliyi arzuolunandır;
MS Office kompüter proqramlarını bilmək (Autocad bilikləri üstünlükdür);
Mexaniki avadanlıqların təmiri və texniki xidməti üzrə praktiki biliklər ;
Təmir briqadalarının işini təşkil etmək və işçilərə texniki göstərişlər vermək bacarığı;
Mexaniki nasazlıqları müəyyənləşdirmək və düzgün texniki qərarlar qəbul etmək bacarığı;
Təqdim olunan sxemləri və layihələri oxumaq bacarığı;
Texniki sənədləşmə, sifarişlərin hazırlanması və ehtiyat hissələrinin planlaşdırılması üzrə biliklər ;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Təzyiq altında işləmə bacarığı;
Yüksək məsuliyyət və intizam;
Müstəqil, operativ və komandada işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş yeri - Sumqayıt;
İş saatı: 08:00 – 17:00;
Nahar pulu;
Servis;
Könüllü tibbi sığorta;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
