Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Crystal Group

Ofis mühəndisi

QarabağMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Tikinti-quraşdırma işlərinin sahədə təşkili, planlaşdırılması və icrasını təmin etmək; Tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi çertyojlara və texniki spesifikasiyalara uyğun aparılmasına nəzarət etmək; Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə və texniki tələblərə uyğun icrasını təmin etmək; İşçi qüvvəsinin və tikinti briqadalarının fəaliyyətini koordinasiya etmək; Görülən işlərin həcmini, keyfiyyətini və texniki uyğunluğunu yoxlamaq; Tikinti materiallarının, avadanlıqların və texniki vasitələrin sahədə düzgün istifadəsinə nəzarət etmək; Tikinti materialları və digər resurslara olan ehtiyacları müəyyənləşdirmək; Layihə rəhbəri, ofis mühəndisi, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək; Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində müvafiq tədbirlər görmək; Görülmüş işlərin həcmi və tikinti prosesinin gedişatı barədə hesabatlar hazırlamaq; Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasını təmin etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; Tikinti işlərinin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə tamamlanmasını təmin etmək. Tələblər İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil və müvafiq diplom mütləqdir; Tikinti sahəsində minimum 5 il iş təcrübəsi; Sahə mühəndisi və ya müvafiq texniki vəzifədə praktiki iş təcrübəsi; Çoxmərtəbəli yaşayış binalarının və digər tikinti layihələrinin icrasında praktiki təcrübə; Tikinti-quraşdırma işlərinin təşkili və icrası üzrə bilik və bacarıqlar; Layihə sənədlərini, işçi çertyojları və texniki spesifikasiyaları oxumaq və tətbiq etmək bacarığı; Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyət tələbləri üzrə biliklər; Tikinti materialları, iş həcmləri və iş qrafikləri ilə işləmək bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Yüksək məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarıqları; Komandada işləmək və effektiv kommunikasiya bacarığı; Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.