Vakansiya haqqında
Əsas vəzifələr
Elektron sənəd dövriyyəsi (ESD) sistemində daxil olan, daxili və xaric olan sənədlərin, o cümlədən kağız daşıyıcıda daxil olan müraciətlərin qeydiyyatını, təsnifatını və aidiyyəti üzrə yönləndirilməsini təmin etmək;
Universitetin rəsmi elektron poçt ünvanına daxil olan yazışmaları izləmək, aidiyyəti sənədləri ESD sistemində qeydiyyata almaq;
Rəsmi məktubların, arayışların və daxili sənəd layihələrinin kargüzarlıq tələblərinə uyğunluğunu yoxlamaq, razılaşdırma və imzalanma prosesini izləmək;
Xaric olan məktubları, cavabları və daxili əmrləri qeydiyyata almaq, müvafiq qaydada ünvanlara və aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etmək;
Daxili və xarici sənədlərin, o cümlədən xüsusi nəzarətdə olan tapşırıqların icra müddətlərini izləmək, cavabdeh bölmələrə xatırlatmalar göndərmək və icra intizamı üzrə dövri hesabatlar hazırlamaq;
Sənədlərin icra statusunu təsdiqlənmiş icra məlumatları və müəyyən edilmiş prosedurlar əsasında yeniləmək, tamamlanmış işlərin bağlanmasını təmin etmək;
Tamamlanmış sənədlərin sistemləşdirilməsini, elektron və kağız arxivdə saxlanılmasını, habelə sənəd məlumatlarının məxfiliyini təmin etmək;
Sənədlərin arxivə hazırlanması və arxivləşdirilməsi.
Tələblər
Ali təhsil (hüquq, idarəetmə, dövlət və bələdiyyə idarəetməsi və ya humanitar sahələr üzrə təhsil üstünlükdür);
Sənədlərlə iş, kargüzarlıq, elektron sənəd dövriyyəsi və ya arxiv işi sahəsində ən azı 1 il təcrübə arzuolunandır;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
Rəsmi məktub, arayış və xidməti sənədləri aydın və düzgün tərtib etmək bacarığı;
Microsoft Word, Excel, Outlook və elektron sənəd dövriyyəsi sistemlərindən istifadə bacarığı;
Kargüzarlıq, müraciətlərə baxılması, elektron sənədlər və arxiv işi üzrə qüvvədə olan normativ hüquqi aktlar və təlimatlar üzrə tələbləri tətbiq etmək bacarığı;
İşində dəqiqlik, səliqə-sahman, məsuliyyət və məxfilik prinsiplərinə riayət.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
