Vakansiya haqqında
Əsas vəzifələr
İstehsalat xətlərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin fasiləsiz və düzgün işini təmin etmək;
PLC, sensorlar, relelər, tezlik çeviriciləri və digər avtomatika avadanlıqlarının işinə nəzarət etmək;
Avtomatlaşdırılmış sistemlərdə yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
Avtomatika avadanlıqlarına profilaktik baxış və texniki xidmət göstərmək;
İstehsalat avadanlıqlarının sazlanması və istismara verilməsi işlərində iştirak etmək;
Elektrik və avtomatika sxemlərini oxumaq və texniki sənədləşməni aparmaq;
Avtomatlaşdırma sistemlərinin etibarlılığının və iş səmərəliliyinin artırılması istiqamətində təkliflər vermək;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Avtomatika, idarəetmə sistemləri, elektrik mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
Sənaye avtomatikası və idarəetmə sistemləri üzrə biliklər;
PLC, sensorlar və tezlik çeviriciləri ilə işləmək bacarığı;
Elektrik və avtomatika sxemlərini oxumaq bacarığı;
İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır;
Analitik düşünmə, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına, iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
