Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

NATT PARTNERS

Mühasib

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu standartlarına uyğun aparılması. Gündəlik maliyyə əməliyyatlarının, bank və kassa əməliyyatlarının uçotunun aparılması. Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmələrin həyata keçirilməsi və borcların izlənilməsi. Alış, satış, gəlir və xərc əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi. Əməkhaqqının, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması, müvafiq tutulmaların və ödənişlərin düzgün uçota alınması. Vergi bəyannamələrinin və digər məcburi hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi. ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanmasına nəzarət edilməsi. Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi. Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması. Mühasibat hesablarının üzləşdirilməsi və nəticələrinin uçotda əks etdirilməsi. Bank çıxarışlarının, müqavilələrin, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər maliyyə sənədlərinin yoxlanılması. Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi. Tələblər Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi; aparıcı mühasib vəzifəsində təcrübəyə üstünlük verilir. Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi, mühasibat uçotu qaydaları və maliyyə hesabatlılığı üzrə biliklər. Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı. Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.