Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Matros

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək; Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla); Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq; Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək. Tələblər Siqnal işaralərini bilmək; göyərtə texniki vasitələrin idarə edilməsini; fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini; göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir. Tələb olunan xarici dil bilik səviyyəsi:Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır) Tələb olunan kompüter bilik səviyyəsi: MS Office (arzuolunandır) Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.