Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ATS Food

Vergi üzrə aparıcı mütəxəssis

SumqayıtMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun təşkil və idarə edilməsi; Vergi öhdəliklərinin düzgün hesablanmasına, uçotuna və vaxtında icrasına nəzarət; ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər müvafiq vergilər üzrə hesablamaların və hesabatların hazırlanması; ƏDV uçotunun düzgün aparılması, əvəzləşdirilən ƏDV məbləğlərinin əsaslılığının yoxlanılması və ƏDV bəyannaməsinin hazırlanması; Elektron qaimə-fakturaların, vergi sənədlərinin və digər elektron sənədlərin düzgün və vaxtında hazırlanmasına, göndərilməsinə və zəruri düzəlişlərin edilməsinə nəzarət; Satışlar, satışdan qaytarışlar, alışlar, xidmətlər və digər əməliyyatların vergi və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi; Vergi və mühasibat uçotu arasında yaranan fərqlərin müəyyən edilməsi, təhlili və düzgün uçotunun təmin edilməsi; Vergilər üzrə dövlət büdcəsi ilə hesablaşmaların mütəmadi üzləşdirilməsi və müvafiq hesabların nəzarətdə saxlanılması; Vergi, statistika və digər dövlət qurumlarına təqdim edilən hesabatların düzgün və vaxtında hazırlanmasının təmin edilməsi; Vergi orqanlarından daxil olan məktub, bildiriş və sorğuların təhlili, cavablandırılması və zəruri sənədlərin hazırlanması; Vergi orqanları ilə keçirilən görüş və müzakirələrdə şirkətin maraqlarının peşəkar şəkildə təmsil edilməsi; Vergi yoxlamaları və kameral uyğunsuzluqlar zamanı tələb olunan məlumat və sənədlərin hazırlanması, prosesin koordinasiyası; Vergi qanunvericiliyində baş verən dəyişikliklərin davamlı izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri tədbirlərin həyata keçirilməsi; Mövcud əməliyyatların vergi risklərinin müəyyən edilməsi və risklərin minimuma endirilməsi üzrə rəhbərliyə təkliflərin təqdim edilməsi; Müqavilələrin və yeni biznes əməliyyatlarının vergi aspektindən qiymətləndirilməsi və zəruri rəylərin verilməsi; Satış, satınalma və digər biznes proseslərinin vergi və uçot baxımından düzgün qurulması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; Rəhbərlik üçün vergi öhdəlikləri, mövcud vergi riskləri və digər əhəmiyyətli məsələlər üzrə mütəmadi məlumat və hesabatların hazırlanması. Tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Vergi üzrə minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi haqqında dərin praktiki biliklər; Vergi yoxlamaları və vergi risklərinin idarə edilməsi sahəsində təcrübə üstünlükdür; İstehsal və/və ya FMCG sektorunda iş təcrübəsi üstünlükdür; Mühasibat və ERP proqramları ilə işləmək bacarığı; MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək; Böyük həcmli məlumatları təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və nəticə çıxarmaq bacarığı; Yüksək məsuliyyət, dəqiqlik, analitik düşüncə və problem həll etmə bacarığı; Komanda daxilində və digər struktur bölmələri ilə effektiv əməkdaşlıq etmək bacarığı. 5 günlük qrafik İş saatı: 09:00-18:00

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.