Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

BMY Caspian MMC

Texniki Ofis Mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Tender və cari layihələr üzrə layihə sənədlərini və çertyojları analiz edərək iş həcmlərini (BoQ) və ilkin smetaları hazırlamaq. Layihələrdə istifadə olunacaq material, işçilik və texniki resurs tələbatını öncədən proqnozlaşdırmaq, planlamaq və hədəf büdcəyə uyğunluğunu nəzarətdə saxlamaq. Materialların faktiki sərfiyyatı ilə layihə normalarını müqayisəli şəkildə təhlil etmək və limitlərin qorunmasını təmin etmək. Tikinti texnologiyasına uyğun olaraq işlərin tətbiq ardıcıllığını müəyyən etmək və İşlərin İcra Metodologiyasını (Method Statement / MOS) hazırlamaq. Aylıq iş icrası aktlarını (IPC / Forma 2), Forma 3 və materialların silinməsi sənədlərini (Forma M-29) vaxtında tərtib edib təsdiqə təqdim etmək. Subpodratçıların və təchizatçıların təqdim etdiyi qiymət təkliflərini, smetaları və yerinə yetirilmiş iş aktlarını yoxlamaq, sahə üzrə faktiki həcmlərlə uzlaşdırmaq. Layihə gedişatında baş verən dəyişiklikləri (Variation Order) izləmək, əlavə iş həcmlərini və onların maliyyə-texniki əsaslandırmasını hazırlamaq. Sahə mühəndisləri və əlaqədar departamentlərlə sıx koordinasiyada işləyərək texniki sualların operativ həll olunmasını və işlərin qrafikə uyğun irəliləməsini təmin etmək. Layihələrin cari vəziyyəti, icra faizləri, resurs və smeta xərcləri üzrə dövri (həftəlik/aylıq) hesabatları hazırlayıb Texniki Ofis Rəhbərinə təqdim etmək. Tələblər İnşaat Mühəndisliyi üzrə ali təhsil. Tikinti sektorunda Texniki Ofis Mühəndisi kimi minimum 3–5 il iş təcrübəsi. Layihələr əsasında iş həcmlərinin və smetaların peşəkar səviyyədə çıxarılması bacarığı. Tikinti konstruksiyalarını, işlərin texnoloji ardıcıllığını dəqiq analiz etmək və İşlərin İcra Metodologiyasını (MOS) tətbiq etmək təcrübəsi. AutoCAD proqramında çizimləri sərbəst oxumaq və həcm hesablamaq bacarığı. MS Excel proqramında mürəkkəb smeta cədvəlləri, düsturlar və hesabat formaları ilə yüksək səviyyədə işləmək bacarığı. MS Project və ya Primavera P6 üzrə ümumi planlama və analitika bilikləri. Forma 2, Forma 3, M-29 və IPC (Progress Payment) sənədləşmə prosedurlarını mükəmməl səviyyədə bilmək. Yüksək punktuallıq, vaxtın idarə olunması və tapşırıqları müəyyən edilmiş son tarixlərə (deadline) tam uyğun şəkildə təhvil vermək vərdişi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.