Vakansiya haqqında
Əsas vəzifələr
Mövcud SIS-in kod bazasını, arxitekturasını və verilənlər bazasını mənimsəmək;
Sistemi Qarabağ Universitetinin ehtiyaclarına uyğunlaşdırmaq;
Yeni modullar, funksiyalar və istifadəçi interfeysləri hazırlamaq;
Mövcud funksiyaları optimallaşdırmaq, proqram xətalarını aradan qaldırmaq, refaktorinq aparmaq və texniki zərurət yarandıqda sistemin PHP və Laravel-in yeni, dəstəklənən versiyalarını təhlükəsiz şəkildə yeniləmək;
PostgreSQL verilənlər bazasını idarə etmək, sorğuları və miqrasiyaları optimallaşdırmaq;
İstifadəçi rolları, səlahiyyətlər, təsdiq prosesləri və audit mexanizmlərini inkişaf etdirmək;
REST API, SSO/OAuth, JWT və WebSockets əsaslı real-time sistem inteqrasiyalarını həyata keçirmək;
Hesabatlılıq məqsədilə Excel idxal/ixracı, məlumatların emalı, avtomatlaşdırılmış Excel hesabatları, PDF və digər elektron sənədlərin generasiyası funksiyalarını hazırlamaq;
Hazırlanan funksiyaların testini, versiya nəzarətini və texniki sənədləşdirilməsini təmin etmək;
Struktur bölmələrin ehtiyaclarını texniki tələblərə və proqram həllərinə çevirmək;
Mərkəz tərəfindən irəli sürülən yeni rəqəmsal həllərin hazırlanmasında iştirak etmək.
Tələblər
Kompüter elmləri, informasiya texnologiyaları, proqram mühəndisliyi, kompüter mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil üstünlükdür; güclü kommersiya təcrübəsi və mürəkkəb proqram layihələrində praktiki iş təcrübəsi ali təhsil tələbini əvəz edə bilər;
İngilis dilində texniki sənədləri və proqramlaşdırma resurslarını oxuyub anlamaq, zərurət olduqda xarici texniki tərəfdaşlarla yazılı ünsiyyət qurmaq bacarığı (minimum B1, B2 üstünlükdür);
PHP və Laravel ekosistemi üzrə güclü praktik bilik, müasir versiyalar və qabaqcıl proqramlaşdırma təcrübələri (best practices) ilə işləmək bacarığı;
Laravel MVC, Eloquent ORM, migrations, middleware, validation, authentication/authorization, Policies/Gates, Queues/Jobs;
PostgreSQL və mürəkkəb SQL sorğuları;
Livewire 3, Blade, Tailwind CSS və JavaScript;
RESTful API, SSO/OAuth, JWT autentifikasiyası, WebSockets və real-time bildiriş mexanizmləri üzrə praktik təcrübə;
Excel fayllarının idxalı/ixracı, məlumatların emalı, çoxvərəqli hesabatların generasiyası, eləcə də PDF və digər elektron sənədlərin dinamik hazırlanması üzrə praktik təcrübə;
Git ilə sərbəst işləmək;
Role-Based Access Control, approval workflow və audit log məntiqi;
Mövcud böyük kod bazasını oxumaq və inkişaf etdirmək bacarığı;
PHP/Laravel üzrə minimum 3 il kommersiya təcrübəsi;
ERP, CRM, SIS və ya digər mürəkkəb idarəetmə sistemlərində təcrübə üstünlükdür.
Docker, Linux, CI/CD, PHPUnit/Pest, təhsil idarəetmə sistemləri, ECTS və GPA/ÜOMG prosesləri üzrə təcrübə üstünlükdür;
Analitik düşünmə, problem həlli və müstəqil işləmək;
Texniki olmayan tələbləri proqram həllinə çevirmək;
Komanda işi, effektiv kommunikasiya və texniki sənədləşdirmə;
Məlumat təhlükəsizliyinə məsuliyyətli yanaşma;
SIS və digər rəqəmsal həllərin uzunmüddətli inkişafı, təkmilləşdirilməsi və davamlı texniki inkişafında iştirak etməyə hazır olmaq.
Əsas texnologiyalar: PHP 8.5.x | Laravel 13 | PostgreSQL | Livewire 3 | Tailwind CSS
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
