Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Xırman

Baş Mühasib

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi; Bütün növ maliyyə hesabatlarının tərtib olunması; Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi; İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək; Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi; Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması; Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması; Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi; İş prosesində məlumatların məxfiliyinin qorunması. Tələblər Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; Yaş həddi: 28 – 50 yaş; Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5 il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir); Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları); Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları; Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları; Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı; Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.