Vakansiya haqqında
Əsas vəzifələr
Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək;
Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək;
Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək;
Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək;
Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək;
Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək;
Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək;
Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək
Tələblər
Müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə;
MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı;
Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı;
Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı;
Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı;
Məsuliyyətlilik və ünsiyyət bacarıqları.
İş yeri: Xırdalan şəhəri
İş qrafiki: 6 günlük
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
