Vakansiya haqqında
Əsas vəzifələr
Daxil olan telefon zənglərini qəbul etmək və müştərilərin müraciətlərini cavablandırmaq;
Mərkəzin təqdim etdiyi tibbi və sağlamlıq xidmətləri haqqında müştərilərə ətraflı məlumat vermək;
Müştəriləri maraqlandıqları xidmətlər üzrə düzgün istiqamətləndirmək;
Müştərilərin suallarını diqqətlə dinləmək və onlara operativ şəkildə cavab vermək;
Qəbul və xidmətlərlə bağlı müraciətləri müvafiq qaydada yönləndirmək;
Müştərilərlə nəzakətli, səmimi və peşəkar ünsiyyət qurmaq;
İş prosesində verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Tələblər
Xanım namizədlər;
Təhsil və iş təcrübəsi tələb olunmur;
Səlis və aydın danışıq qabiliyyəti;
Ünsiyyət qurmaq bacarığı və müştərilərlə işləməyə maraq;
Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
Komanda ilə işləmək bacarığı.
Əmək haqqı: 600 AZN (net) + bonus;
İş qrafiki: 10:00–19:00;
İstirahət günü: Bazar günü;
İş prosesi ərzində namizədlərə lazımi təlimlər keçirilir;
İşin bütün detalları ətraflı izah olunur və namizədə iş öyrədilir;
Təcrübəsi olmayan şəxslər üçün də uyğun iş imkanı yaradılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
