Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Glodemia

Korporativ Tərəfdaşlıqlar və Tədbirlər üzrə Mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Yerli və beynəlxalq şirkətlər, məktəblər, universitetlər, QHT-lər və digər təşkilatlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi; Korporativ tərəfdaşlıq təkliflərinin hazırlanması və danışıqların aparılması; Şagirdlər üçün korporativ dəstəkli dərsdənkənar fəaliyyətlərin təşkili; Karyera tanıtımı proqramlarının, şirkət ziyarətlərinin, mentorluq layihələrinin və təlimlərin koordinasiyası; Liderlik proqramlarının, biznes yarışlarının, sahibkarlıq layihələrinin və sosial təşəbbüslərin təşkili; Şagirdlərin universitet müraciətləri üçün faydalı təcrübə və nailiyyətlər qazanmasına dəstək olan layihələrin hazırlanması; Xaricdə təhsil sərgilərinin, universitet təqdimatlarının, seminarların və digər tədbirlərin təşkili; Tədbirlərin planlaşdırılması, logistika, qeydiyyat və iştirakçı kommunikasiyasının idarə edilməsi; Məktəblər, universitetlər və korporativ nümayəndələrlə uzunmüddətli əlaqələrin qurulması; Xaricdə təhsil şöbəsi ilə birlikdə tələbələrin akademik və şəxsi inkişafına yönəlmiş proqramların hazırlanması; GLODEMIA Tələbə Şurasının və tələbə təşəbbüslərinin dəstəklənməsi; Yetkinlik yaşına çatmayan iştirakçılar üçün valideyn razılığı, nəzarət və təhlükəsizlik prosedurlarına riayət edilməsinin təmin olunması; Tərəfdaşlıq və tədbirlərin nəticələrinin təhlili, müvafiq hesabatların hazırlanması; Korporativ təqdimatların, əməkdaşlıq təkliflərinin və rəsmi yazışmaların hazırlanması. Tələblər Yüksək səviyyədə kommunikasiya, danışıqlar və təqdimat bacarıqları; Güclü təşkilatçılıq və layihə idarəetmə bacarıqları; Korporativ nümayəndələr və rəhbər şəxslərlə peşəkar ünsiyyət qurmaq bacarığı; Tədbir, seminar və təlimlərin təşkili üzrə təcrübə; Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə biliklər; Rus dili biliyi üstünlükdür; Müstəqil işləmək və bir neçə layihəni paralel idarə etmək bacarığı; Təhsil müəssisələri, QHT-lər və gənclərin inkişafı layihələri üzrə təcrübə üstünlükdür. Təcrübə və bacarıqlara uyğun əməkhaqqı; Tərəfdaşlıqların inkişafı üzrə nəticələrə əsaslanan bonus imkanları; Aparıcı şirkətlər və təhsil müəssisələri ilə əməkdaşlıq imkanı; Beynəlxalq təhsil sərgilərində, korporativ tədbirlərdə və tələbə layihələrində iştirak; Peşəkar əlaqələrin genişləndirilməsi və karyera inkişafı; Dinamik və dəstəkləyici komanda mühiti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.