Vakansiya haqqında
Əsas vəzifələr
Qurumun İT infrastrukturunun, serverlərinin, lokal şəbəkəsinin və avadanlıqlarının fasiləsiz, təhlükəsiz fəaliyyətini təmin etmək;
ERP sistemlərinin (1C və digər idarəetmə platformalarının) tətbiqi, konfiqurasiyası, modulların inteqrasiyası və texniki müşayiətini həyata keçirmək;
Sistemdə istifadəçi hüquqlarını tənzimləmək, verilənlər bazasının müntəzəm ehtiyat nüsxələrini (backup) çıxarmaq və bərpa planlarını idarə etmək;
Əməkdaşların qarşılaşdığı texniki nasazlıqlar üzrə birinci və ikinci səviyyəli dəstək (IT Helpdesk) xidmətini operativ göstərmək;
Kompüter texnikasının, proqram təminatının, periferiya qurğularının quraşdırılması, diaqnostikası və profilaktik baxışını icra etmək;
İnformasiya təhlükəsizliyi tələblərinə və daxili İT qaydalarına riayət olunmasına nəzarət
Tələblər
Təhsil: İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, tətbiqi riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
İş təcrübəsi: Sistem inzibatçılığı, ERP sistemlərinin tətbiqi və IT Helpdesk sahəsində minimum 3–5 il iş təcrübəsi;
Texniki bilik və bacarıqlar: Windows Server əməliyyat sistemləri, Active Directory, DNS, DHCP və şəbəkə protokolları üzrə dərin biliklər; ERP sistemlərinin (xüsusilə 1C infrastrukturu, istifadəçi rolları, inteqrasiyalar) administrasiyası üzrə praktiki təcrübə; şəbəkə avadanlıqlarının (marşrutlaşdırıcılar, kommutatorlar, firewall) quraşdırılması və sazlanması; məlumat bazalarının (SQL Server və s.) ehtiyat nüsxələmə və arxivləşdirmə mexanizmləri ilə işləmə bacarığı;
Sertifikatlar: MCSA/MCSE, CCNA və ya ERP/1C inzibatçılığı üzrə sertifikatların olması üstünlükdür;
Şəxsi keyfiyyətlər: Yüksək problem həlletmə qabiliyyəti, operativ reaksiyavermə, komanda ilə ünsiyyət bacarığı;
Dil bilikləri: Azərbaycan dili – səlis, Texniki ingilis dili – yaxşı səviyyədə (texniki sənədləşmə ilə işləmək üçün).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
