Vakansiya haqqında
Əsas vəzifələr
Maliyyə və audit mexanizmlərinin təhlilini aparmaq, maliyyə proseslərinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Böyük həcmli maliyyə məlumatlarının (Big Data) toplanması, konsolidasiyası, strukturlaşdırılması və kompleks üzləşdirmə proseslərini həyata keçirmək;
Maliyyə və əməliyyat proseslərinin avtomatlaşdırılması, rutin analitik hesabatların sürətləndirilməsi üçün müasir həllər tətbiq etmək;
Dərin maliyyə təhlillərinin nəticələrini rəhbərlik üçün aydın, lakonik, vizuallaşdırılmış və qərarverməyə yönəlmiş analitik hesabatlar şəklində təqdim etmək;
Maliyyə proqnozlaşdırılması, risklərin qiymətləndirilməsi və ssenari analizlərini aparmaq.
Tələblər
Təhsil: Maliyyə, ekonometrika, tətbiqi riyaziyyat, data analitika, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
İş təcrübəsi: Maliyyə analitikası, biznes analitikası və ya data yönümlü audit sahəsində minimum 3–5 il iş təcrübəsi;
Texniki və rəqəmsal bacarıqlar: Məlumatların emalı və analizi üçün SQL və Python (Pandas, NumPy və s.) üzrə işləmə bacarığı; AI alətləri (məhsuldarlıq, avtomatlaşdırma və məlumat təhlili üçün prompt/iş axınları) ilə sərbəst işləmək təcrübəsi; mütərəqqi səviyyədə MS Excel (Power Query, Power Pivot) və BI sistemləri (Power BI/Tableau) bilikləri;
Kompetensiyalar: Yüksək analitik düşüncə, mürəkkəb rəqəmləri lakonik təqdimatlara çevirmə bacarığı, detallara diqqət;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yüksək səviyyədə (B2/C1).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
