Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Dövlət Proqramı İdarəetmə Qrupu

Maliyyə departamentinin aparıcı məsləhətçisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Maliyyə və mühasibatlıq əməliyyatlarının qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq düzgün və vaxtında aparılmasını təmin etmək; Dəqiq mühasibat müxabirləşmələrinin həyata keçirilməsi və maliyyə uçotunun aparılmasına nəzarət etmək; Qurumun illik və ortamüddətli büdcəsinin formalaşdırılması, icrasının monitorinqi və xərclər üzrə kənarlaşmaların təhlilində iştirak etmək; Maliyyə hesabatlarının tərtibi, daxili və xarici audit yoxlamalarının aparılması prosesində zəruri sənədləşmə və üzləşmə işlərini təşkil etmək; Bank əməliyyatları, ödəniş tapşırıqları və avans vəsaitlərinin təyinatı üzrə icrasına nəzarət etmək. Tələblər Təhsil: Maliyyə, mühasibat uçotu, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi); İş təcrübəsi: Maliyyə, mühasibatlıq və ya audit sahəsində minimum 3 il peşəkar iş təcrübəsi; Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) olması arzuolunandır; ACCA (xüsusilə Financial Accounting və Financial Reporting) və ya ekvivalent beynəlxalq maliyyə sertifikatları üstünlükdür; Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – minimum C1 səviyyəsində (rəsmi yazışma və peşəkar ünsiyyət); Kompüter bilikləri: 1C mühasibat proqramı və MS Excel (əla səviyyədə).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.