Vakansiya haqqında
Əsas vəzifələr
Beynəlxalq ikili diplom proqramlarının (İDP) icrası ilə bağlı gündəlik işləri əlaqələndirmək, proqramlar üzrə görülən işlərin, öhdəliklərin və icra müddətlərinin izlənilməsini təmin etmək
Yerli və xarici tərəfdaş ali təhsil müəssisələri, dövlət qurumları və digər aidiyyəti tərəflərlə əməkdaşlığı və işgüzar yazışmaları təşkil etmək
İDP-lər üzrə müqavilələrin, onlara əlavələrin və digər sənədlərin nəzərdən keçirilməsində iştirak etmək, müqavilə öhdəliklərinin icrasını izləmək və aşkar edilmiş məsələlər barədə təkliflər hazırlamaq
Proqramların maliyyələşdirilməsi ilə bağlı xərc smetalarını, sifarişləri, hesabatları və təsdiqedici sənədləri müvafiq qaydalar və müqavilə şərtləri baxımından ilkin təhlil etmək, maliyyə məsələləri üzrə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək
Rəhbər komitələrin iclaslarının hazırlanmasını əlaqələndirmək, gündəlik, təqdimat və digər materialları hazırlamaq, qəbul edilmiş qərarların icrasını izləmək
Proqramlar üzrə tələbə və məzun məlumatlarının toplanmasını, yenilənməsini, yoxlanılmasını və təhlilini həyata keçirmək
İDP-lərin icrasına dair dövri və xüsusi hesabatlar, analitik arayışlar, təqdimatlar və rəhbərlik üçün məlumatlar hazırlamaq
Proqramların monitorinqində iştirak etmək, icra ilə bağlı riskləri və problemləri müəyyənləşdirmək, onların həlli və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək
Şöbənin fəaliyyət istiqamətləri üzrə daxil olan müraciət və sorğuları səlahiyyətlər çərçivəsində araşdırmaq, cavab məktublarının və digər rəsmi sənədlərin layihələrini hazırlamaq
Beynəlxalq ali təhsil və ikili diplom proqramları sahəsində yenilikləri araşdırmaq, yeni əməkdaşlıq imkanlarının qiymətləndirilməsində iştirak etmək
Şöbə müdirinin tapşırıqlarının icrasını və aidiyyəti sənədlərin vaxtında hazırlanmasını təmin etmək
Tələblər
Təhsil: Ali təhsil. Təhsilin idarə edilməsi, beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır
İş təcrübəsi: Ali təhsil sistemində minimum 5 il iş təcrübəsi. Beynəlxalq əməkdaşlıq, ali təhsil proqramlarının və ya layihələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür
Dil bilikləri: Azərbaycan dili – səlis; ingilis dili – minimum C1 səviyyəsində. Azərbaycan və ingilis dillərində rəsmi yazışmalar aparmaq, sənədləri təhlil etmək və peşəkar müzakirələrdə iştirak etmək bacarığı
Peşəkar biliklər: Ali təhsil sisteminin fəaliyyəti, beynəlxalq əməkdaşlıq və təhsil proqramlarının təşkili barədə biliklər; müqavilələr, büdcələr və hesabatlarla işləmək bacarığı
Kompüter bilikləri: MS Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də sərbəst işləmək; məlumatları toplamaq, təhlil etmək və təqdim etmək bacarığı
Kompetensiyalar: Yüksək analitik düşüncə, detallara diqqət, güclü yazılı və şifahi ünsiyyət, təşkilatçılıq, vaxtın idarə edilməsi, müstəqil işləmək və eyni vaxtda bir neçə işi prioritetləşdirmək bacarığı
Beynəlxalq ikili diplom proqramları, xarici universitetlərlə əməkdaşlıq və ya beynəlxalq təhsil layihələri üzrə praktiki təcrübə
Layihə idarəetməsi, monitorinq və qiymətləndirmə, maliyyə sənədlərinin təhlili və ya hesabatlılıq sahəsində təcrübə
Layihə idarəetməsi üzrə PMP (Project Management Professional) sertifikatının olması
Məlumatların təhlili və təqdimatı üçün rəqəmsal alətlərdən, o cümlədən süni intellekt alətlərindən səmərəli istifadə bacarığı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
